Fransa və Rusiyanın “Minsk qrupu tələsi”:“Sülhməramlıları rəsmiləşdirmək...”
Fidan Həmişəyeva
12:07 28.04.2021
Aktual
1173
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Tərəflər Ukraynanın cənub- şərqində gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər. E.Makron və V.Putin həmçinin Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk qrupunu şərçivəsində tezliklə “konkret təşəbbüs” irəli sürəcəklərini bildiriblər.
Məlumdur ki, Qarabağ münaqişəsi başa çatsa da, Rusiya və Fransa həmsədrlik institutunun bərpası üçün can atır. Halbuki Azərbaycan Prezident dəfələrlə münaqişənin başa çatdığını, tarixə qovuşduğunu, ATƏT-in Minsk qrupunun isə “kitabının bağlandığını” vurğulayıb. Bəs, belə olduğu halda həmsədr ölkələrin ATƏT-i gündəmə gətirməkdə məqsədləri nədir?
Sualımızı cavablandıran siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, Fransa və Rusiyanın üst-üstə düşən və düşməyən maraqları var. Onun sözlərinə görə, üst-üstə düşən maraqlar daha çox vadar edir ki, tərəflər ortaq açıqlama versinlər:
“Rusiya sülhməramlılarını bölgəyə yerləşdirib və üçtərəfli bəyanat imzalanıb. Amma rusiyalı sülhməramlıların hələ də mandatı yoxdur. Hələ də rəsmi olaraq sülhməramlı qüvvə sayılmırlar. Azərbaycan və erməni tərəfinin ciddi etirazı olsa, rus ordusunun bölgədən çıxarılmasını istəyə bilərik. Buna görə də Rusiya çalışır ki, sülhməramlılarının yerləşdirilməsini rəsmiləşdirsin. Bunun üçün də Minsk qrupuna ehtiyacı var. Rəsmiləşdirə bilməsə belə münaqişəyə nəzarət etmək adı ilə Minsk qrupunun işə düşməsini istəyirlər. Məqsəd odur ki, gələcəkdə sülhməramlılarla bağlı hansısa məsələ ortaya çıxanda Minsk qrupu adından təzyiq göstərə bilsinlər. Guya ATƏT aktiv fəaliyyət göstərir və münaqişəni nizamlayır. Bir sözlə, Rusiya ATƏT vasitəsilə təzyiq elementini əlində saxlamaq istəyir. Eyni hal Fransaya da aiddir. Fransa tamamilə bölgədən qovulub. ATƏT-i aktivləşdirməklə “münaqişənin nəzarətində mən də varam, biz də burdayıq” demək istəyir”.
T.Rzayev söyləyib ki, son dövrlər Fransada bəzi ağızlarda Qarabağın “müstəqilliyi”nin tanınması ilə bağlı səslər eşidilir:
“Əlbəttə ki, bu, bizim üçün xoşagəlməz haldır. Fransa və Rusiyadakı bəzi qüvvələr Minsk qrupunun hansısa mandatda qalmasını təzyiq elementi kimi Azərbaycan və Türkiyəyə qarşı istifadə edə bilmək üçün bu qurumu aktiv saxlamaq istəyirlər. Bu baxımdan onlar üçün əsas odur ki, münaqişə bitməyib. Daha doğrusu münaqişənin bitmədiyini göstərmək istəyirlər. Həmçinin dünyaya münaqişənin yekun nizamlanması üzərində mandatın ATƏT-də olduğunu bəyan etməyə çalışırlar. Guya, məhz Minsk qrupunun həmsdərləri kimi Fransa və Rusiya burada əsas söz sahibləridir. Rusiya bir tərəfdən öz sülhməramlıları ilə fəaliyyət göstərir, digər tərəfdən ATƏT-in mandatının olmasında maraqlıdır. Çünki gələcəkdə sülhməramlılarla bağlı problem yaşayarsa, yekun söz hüququ olan iki ölkədən biri və ATƏT-in həmsədri kimi çıxış etmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə