Gözləntilər böyükdür
Turan
11:12 22.05.2021
Aktual
667
Vaşinqton post münaqişə dövründə tərəflər arasında aktiv vasitəçiyə çevrilməlidir
"Bakının siyasəti balanslıdır, lakin regiona coğrafi yaxınlıq Rusiyanın proseslərdə birbaşa iştirakını şərtləndirir. İndi Azərbaycan maraqlıdır ki, tərəzinin gözünə Vaşinqton da ağırlıq sala bilsin"
Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərindən danışıb. Dövlət başçısı bildirib ki, Amerika Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. Ölkə rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı onlardan yeni təkliflər gözlədiyini deyib:
“Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı. Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi: “Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu, ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyillər və Azərbaycanfobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq”.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, Prezident İlham Əliyevin Qərbə istiqamətlənən baxışlarında ABŞ-dan gözləntilərini ifadə etməsi Bakının postmünaqişə dövrü üçün prioritetlərində Vaşinqtonun xüsusi önəminin qabardılmasıdır. Analitikin sözlərinə görə, ölkə rəhbəri Azərbaycanla ABŞ əlaqələrinin şaxələndirilməsinin vacibliyinə diqqət çəkib:
“Dövlət başçısının bu açıqlamanı Bakı-Moskva hərtərəfli əməkdaşlıq platforması fonunda səsləndirməsi isə o deməkdir ki, Bakı Ağ Evin proseslərdə aktiv iştirakçı olmasını istəyir. Ümumiyyətlə, Bakının siyasəti balanslıdır, lakin regiona coğrafi yaxınlıq Rusiyanın proseslərdə birbaşa iştirakını şərtləndirir.
İndi Azərbaycan maraqlıdır ki, tərəzinin gözünə Vaşinqton da ağırlıq sala bilsin. Mümkün hədəflər isə bunlardır. Regiondakı proseslərdə super güclərin balansını yaratmaq və post münaqişə dövründə kommunikasiyaların açılmasında, yeni nəqliyyat dəhlizlərində ABŞ-ın iştirakını sürətləndirmək. Prezidentin Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın aparıcı ölkə kimi çox iş görə biləcəyini deməsi də həmin iki versiyanın dəqiqliyini gücləndirən arqument hesab oluna bilər”.
A.Kərimov qeyd edib ki, bu strateji hədəfin məqsəd və məramı isə budur ki, ABŞ Azərbaycanın imzalamağa hazır olduğu sülh sazişinə böyük töhfəsini versin:
“Sülh sazişinin imzalanması qaçılmazdır. Lakin fəaliyyətləri üçün yeni ideyalar axtarışına çıxan həmsədr ölkələrdən ABŞ və Rusiya ikili ritorika nümayiş etdirir. Digəri, yəni Fransa isə ümumiyyətlə qərəzindən əl çəkmir. Sülh sazişindən daha çox Rusiya pay götürmək istəyir, bu isə Moskvanın təsir rıçaqlarını gücləndirə bilər. İndi ABŞ-dan gözləntilərin ifadə edilməsi o deməkdir ki, Vaşinqton ikili ritorikadan əl çəksin. Sülh sazişinin hazırlanmasında Vaşinqton öz töhfəsini versin və praktiki maraqlar kontekstində Rusiyanın təsir imkanlarını neytrallaşdırsın. Prezident Azərbaycanın ABŞ-la hərbi sahədə əməkdaşlıq etmək istəyindən də bəhs edib. Bu o deməkdir ki, Azərbaycan silah bazarında alternativlər axtarır və ABŞ-ın müasir silahlarına yiyələnmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hər nəfəs bir barmaq izi kimidir - Araşdırma
09:54 21.06.2026
Sağlamlıq
“Ənənəvi ata modeli dəyişir” - Yazıçı
09:39 21.06.2026
Cəmiyyət
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
09:22 21.06.2026
Hərbi
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya