
Heç kim düşünməsin ki...
Yusif Nəzərli
23:13 26.11.2024
Aktual
772
Sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək
Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb. O, bu barədə X hesabında paylaşımında bildirib. Varşava-Tbilisi reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq S.Bayramovanı Ermənistana buraxmayıblar: "Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan".
VHP Ali Məclisinin sədri Felmar Ələkbərli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparır. Digər tərəfdən isə qeyri-konstruktiv mövqe tutur, prosesi poza biləcək əməllərə imza atır:

"Bu son hadisə də bu qəbildəndir. Ermənistanın danışıqlar prosesini pozmaq istəyinin daha bir nümunəsi müxtəlif ölkələrdən böyük həcmdə silah-sursat almasıdır. Bundan əlavə, rəsmi İrəvan Haaqada yerləşən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də Azərbaycana qarşı hüquqi müstəvidə iddiasını davam etdirir. Bütün bunlar onu göstərir ki, ermənilər hələ də bizə bütövlükdə türk dünyasına qarşı düşmənçiliklərini davam etdirirlər. Onlar heç zaman işğalçı niyyətlərindən əl çəkməyəcəklər. Bizə qarşı soyqırımlar törətmək üçün yenidən tarixi məqam gözləyəcəklər. 1905-1906, 1918, 1948-1952-ci illərdə, eləcə də, 1980-ci illərin sonundan başlayaraq 1993-cü ilə qədər millətimizin başına hansı oyunlar gətirildi!?".
Partiya təmsilçisi qeyd edib ki, heç kim düşünməsin ki, sülh müqaviləsi imzalansa, ermənilərin bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək:
"Bəs biz nə etməliyik? Əlbəttə, Ermənistanla sülh müqaviləsini imzalamalıyıq. Sülh müqaviləsində bütün məqamlar nəzərə alınmalıdır və alınacaq. Bununla bağlı diplomatik müstəvidə mühüm işlər gedir. Bizim edə biləcəyimiz bütün məsələlər müqavilədə öz əksini tapacaq. Biz sülh müqaviləsini imzalayacağıq, amma problemlər də həll olunmayacaq. Biz ilk olaraq, ermənilərin bizə qarşı elədiklərini unutmamalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya