Hikmət Babaoğlu: Tarixi torpaqlarımıza qayıtmağa doğru yavaş-yavaş addımlar atırıq
12:50 02.12.2024
Aktual
599
Qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir. bunu Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov deyib. O bildirib ki, beynəlxalq hüquqi aktlar qaçqınların təkcə öz dövlətinə deyil, həm də vaxtilə yaşadıqları ərazilərə qayıtmasını dəstəkləyir. Həmçinin qeyd edib ki, Ermənistan Qərbi azərbaycanlıların yaşadıqları ərazidəki varis dövlət olaraq onların hüququnu təmin etməlidir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a söyləyib ki, Qərbi Azərbaycana qayıdış bu gün xalqımızın qarşısında duran mühim, aktual və milli vəzifələrdən biridir:
“Çünki bizim etno-mədəni coğrafiyamızın kiçilməsi milli mühitimizin daralması deməkdir. Amma bu təkcə tarixi hadisə deyil, eyni zamanda beynəlxalq hüququn aktual problemlərindəndir. Nəticə etibarilə öz tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlılar 1987-1991-ci illərdə etnik təmizləmə nəticəsində ana-baba yurdlarından didərgin düşüblər. Ona görə də həmin şəxslərin öz torpaqlarına qayıtması beynəlxalq hüquq və ədalət baxımından olduqca zəruridir. Şübhəsiz ki, bu prosesdə Azərbaycanın dövlət resursları Qərbi azərbaycanlıların qayıdışını hər cür dəstəkləyirlər. Qayıdışın beynəlxalq hüququ tərəfləri olduğu kimi siyasi, diplomatik tərəfləri də mövcuddur. Çox sevindirici haldır ki, bu gün biz 35 illik tarixi mərhələdən sonra öz tarixi torpaqlarımıza qayıtmağa doğru yavaş-yavaş addımlar atırıq. Bu gün Milli Məclisdə keçirilən dinləmələr, Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanovun Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlər çox əhəmiyyətlidir. O, hazırki Ermənistan Respubilikasını Qərbi azərbaycanlıların tarixən yaşadıqları ərazilərin varis dövləti kimi xarakterizə edir. Düşünürəm ki, bu özlüyündə Ermənistan dövlətinin Qərbi azərbaycanlılar qarşısında məsuliyyətini müəyyənləşdirir. Çünki Qərbi azərbaycanlılar dünənə qədər Ermənistan Respublikasının verdiyi vətəndaşlıq pasportu ilə Ermənistanın vətəndaşları kimi yaşayırdılar. Onların öz torpaqlarına qayıtması, hüquqlarının təmin olunması beynəlxalq hüququn subyekti kimi Ermənistan Respublikasının borcudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə