İlk dəfə: Azərbaycandan Amerikaya mebel göndəriləcək - FOTO
Fidan Həmişəyeva
12:45 27.12.2019
Aktual
1439
Balaxanı Sənaye Parkının rezidenti olan “Foriella” MMC Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. ABŞ-a ildə 3 min mebel dəsti göndəriləcək.
Bu barədə Sherg.az-a açıqlamasında “Foriella” MMC-nin rəhbəri Fərman İslamlı məlumat verib:
“İlkin olaraq ABŞ-ın “Betax” şirkəti ilə əməkdaşlığa başlayırıq. Bu il ilk partiya bir konteyner yükləmə həyata keçirilir. Özəlliklə yataq mebelləri olacaq. Artıq ikinci şirkətlə də anlaşma imzalanıb”.
F.İslamlı qeyd edib ki, Azərbaycan məhsulu digər ölkələrin məhsullarından daha ucuz başa gəlir:
“Betax”la illik dövriyyə miqdarı minimum 500 min ABŞ dolları civarındadır. İkinci şirkətlə də bu rəqəm eyni həcmdə olacaq. Yüklər Bakıdan Poti limanına oradan isə konteynerlər vasitəsi ilə Filadelfiya və Nyu-Yorka limanlarına göndəriləcək. Mebellər əsasən Nyu-Cersi və Nyu-York şəhərlərinə gedəcək. Yataq, qonaq mebellərindən və stol-stuldan ibarət olan yüklərin çatdırılması 30-45 gün çəkir.
Hazırda həmin şirkətlər bu məhsulların bir hissəsini Çindən və Şərqi Avropadan təmin edirlər. Biz nümunə göndərdikdən sonra onlar həm keyfiyyət, həm də qiymət münasibliyinə görə əməkdaşlığa razı oldular. Göndərdiyimiz məhsullar digərlərinə nisbətən 5%-dək daha ucuz başa gəlir.
Bundan əlavə biz Gürcüstan və Qazaxıstana da ümumilikdə illik 400 min dollarlıq məhsul ixrac edirik. Əgər ABŞ-ın ikinci şirkətinə də ixraca başlasaq illik təxminən 1,5 mln dollarlıq ixrac həyata keçirəcəyik. Amma bundan artığını reallaşdırmaq üçün isə mövcud potensialı genişləndirməliyik. Planımızda var ki, gələn ilin ortalarından başlayaraq istehsalımızı genişləndirək”.
Qeyd edək ki, ABŞ-a məhsul ixracına başlayan və mebel istehsalı ilə məşğul olan “Foriella” MMC 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir. “Foriella” MMC ABŞ-a mal ixrac edən ilk mebel şirkətidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq