İranın casus şəbəkəsi son nəfərinə kimi zərərsizləşdirilməlidir
İranın casus şəbəkəsi son nəfərinə kimi zərərsizləşdirilməlidir
Yusif Nəzərli
07:23 01.04.2023
Aktual
586
Ceyhun Məmmədov: “Əgər bu şəbəkəni vaxtında təmizləməsək, sonrakı dövrdə bunun ağır fəsadlarını yaşaya bilərik”
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində molla rejiminə xidmət edən daha bir neçə agent saxlanılıb. Onların arasında "höccətül-islam" deyilən Siyasət Bağırov da var. İstintaq zamanı ölkəmizdə kök salmış İranın casus şəbəkələrinin xüsusi xidmət orqanlarının tapşırığı əsasında fəaliyyət göstərdiyi aşkarlanıb. Məlum olub ki, agentlər bir neçə istiqamətdə Azərbaycana qarşı təxribat fəaliyyətlərini icra ediblər. Öz əhalisini ac-yalavac saxlayan fars-molla rejimi Azərbaycanda casus şəbəkələrini genişləndirmək məqsədilə bu istiqamətdə külli miqdarda vəsait xərcləyib. Məqsəd agent şəbəkəsi vasitəsilə öz çirkin niyyətlərini həyata keçirmək, ölkədə qarışıqlıq, dini zəmində münaqişələr yaratmaq, hətta terror törətməklə Azərbaycana təzyiq göstərməkdən ibarətdir. Hətta Azərbaycanda şəriət qanunları ilə idarə olunan "Kərimə dövləti" yaratmaq niyyətləri də olub. Birbaşa İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan casus şəbəkəsinin formalaşmasında "din" əsas alət olsa da, maliyyə və şantaj kimi vasitələrdən də istifadə olunur. Prossesin vahid mərkəzdən idarə olunması üçün hətta “Azərbaycan masası” adlı xüsusi bölmə də yaradılmışdı. Nəticədə "dini təhsil" üçün İrana gedən gənclərimizin beyinlərinin yuyulması, məscid və dini ocaqlarımızda mollaların apardığı təbliğat nəticəsində İran ölkəmizdə geniş casus şəbəkəsi formalaşdırmağa nail olub. Bura İranın narkotik qaçaqmalıçılığında istifadə olunan və sonradan şantaj edilən vətəndaşlarımızı, maliyyə problemi ucbatından molla rejiminə casusluq etməyə məcbur olanları da əlavə etmək olar. İranın Azərbaycanda “təsir agentləri” olaraq fəaliyyət göstərənlər ayətullahlardan "dərslər alıblar", Qum və Məşhəd şəhərində yetişdiriliblər. Bu şəxslər Azərbaycana qayıdandan sonra İranın dini-siyasi təbliğatını aparır və insanları dövlətin qanunları ilə yox, İran ayətullahlarının fətvaları ilə yaşamağa sövq edirdi. Yəni İran daim Azərbaycan əhalisinin dini inanclarını istismar edib, icmaları siyasi qruplara çevirməklə öz maraqları üçün istifadə etməyə səy göstərib.
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, İranın Azərbaycandakı casus şəbəkəsinin tamamilə zərərsizləşdirilməsi çox önəmlidir. Deputatın sözlərinə görə, casus şəbəkəsinin Azərbaycanla bağlı çox ciddi planları, hədəfləri var: "Ona görə də bütün bu cür cəhdlərin və şəbəkələrin qarşısını almalıyıq. Nəzərə almalıyıq ki, agent şəbəkələrinin yekun hədəfi Azərbaycanı dağıtmaqda, ölkəmizdə İranın istədiyi "şəriət dövləti" qurmaq və bütövlükdə Azərbaycanın müstəqilliyini məhv etməkdir. O baxımdan çox ciddi addımlar atılmalıdır. Casus şəbəkəsi son nəfərinə kimi zərərsizləşdirilməlidir. Əlbəttə, bu, çox ağır bir prosesdir, amma buna nail olmalıyıq. Əgər casus şəbəkəsini vaxtında təmizləməsək, sonrakı dövrdə bunun ağır fəsadlarını yaşaya bilərik. Bu işi davamlı aparmalıyıq".
C.Məmmədov vurğulayıb ki, casus şəbəkəsinin formalaşmasında yeganə faktor din və ya məzhəb deyil: "Təbii ki, ən birinci amil məzhəbdir, ancaq bundan əlavə maliyyə məsələsi, xaricdən gələn qrantlar da böyük rol oynayır. Bütövlükdə formalaşmış, şəbəkələşmiş qruplardan və onlara ayrılan ciddi maliyyədən söhbət gedir. O baxımdan casusların maliyyə kanalları aşkarlanmalı, agentura şəbəkəsinə "töhfə" verən şəxslər zərərsizləşdirilməlidir. Casus şəbəkəsinə qarşı mübarizə intensiv hal almalıdır. Nəzərə alaq ki, həmin şəbəkə sosial platformalarda da fəallıq nümayiş etdirirlər. Onların da qarşısını almaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə