
İslamofobiyanın qarşısını almaq üçün müsəlman dünyasının səyləri birləşdirilməlidir -ANALİZ
13:18 26.05.2025
Aktual
292
Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısının sözlərinə görə, islamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir.
“Bu media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a deyib ki, Azərbaycanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi olduqca vacib və önəmli məsələdir:

"Hazırda ölkəmiz müsəlman dünyasının bir parçası olaraq bu mövzuda onu narahat edən məsələlərə reaksiya verir. Azərbaycan özü də uzun müddət islamofobiyadan əziyyət çəkib. Odur ki, bu gün islamofobiyanın ilə bağlı mübarizəsini davam etdirir. Cənab Prezident İlham Əliyevin müraciətində də qeyd etdiyi kimi, müsəlmanların mənfi obrazının yaradılmasında bəzi media orqanlarının rolu var. Onlar davamlı olaraq dövlətimizi təxribat məqsədilə hədəfə alırlar, o cümlədən islamı gözdən və nüfuzdan salmaq istiqamətində addımlar atırlar. Burada söhbət Qərbin bır sıra media strukturlarından gedir. Bunun qarşısını almaq üçün bütün müsəlman dünyasının səyləri birləşdirilməlidir. Həmçinin "İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması" kimi mötəbər konfranslar daha çox keçirilməlidir. Eyni zamanda islam həqiqətlərinin bəşəriyyətə çatdırılmasını təmin etməliyik. Digər tərəfdən sözügedən media quruluşlarının fəaliyyətləri aşkarlanaraq mütləq şəkildə ifşa olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm