Keçmiş XİN başçısı:“Azərbaycan anti-terror əməliyyatları aparmalı və...” - Yol yoxdur!
Keçmiş XİN başçısı:“Azərbaycan anti-terror əməliyyatları aparmalı və...” - Yol yoxdur!
Yusif Nəzərli
10:46 06.03.2023
Aktual
546
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunur.
Azərbaycan Xarici İşlər Nazirliyinin ermənilərin növbəti təxribatı ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilib:
“Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir. Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".
Həmçinin Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
Məlumatda vurğulanır ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.
Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir.
Hadisəni "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib ki, proses Ermənistanın işğalçı siyasətindən əl çəkmədiyini göstərir:
"Onlar öz işğalçı siyasətini bu şəkildə həyata keçirirlər. Yəni separatçılara silah, sursat və maliyyə dəstəyi verirlər. Qarabağda olanlar guya ki, "separatçı" qüvvələrdir. Əslinə qalsa, belə deyil, onlar Ermənistanın oyuncaqlarıdır və bu irredentizm siyasətidir. Yəni məqsəd bu torpaqları Azərbaycandan alıb Ermənistana birləşdirməkdir. Rəsmi Bakı isə bu fəaliyyətlərin qarşısını almalıdıır. Həmçinin bu proseslərin davam etməsi təqdirində heç bir iri inteqrasiya prosesindən danışmaq mümkün deyil".
Keçmiş nazir qeyd edib ki, Qarabağda yaşayan ermənilər üç qrupa bölünüb:
"Onlardan bir hissəsi həmin ərazilərdə yaşayaraq Azərbaycan dövlətinin qanadları altında öz fəaliyyətini davam etdirmək istəyir. İkinci qrup öz mülkiyyətini satıb, bölgədən sivil şəkildə köçməyi planlaşdırır. Üçünü qrup isə terrorçular və radikallardır. Onlar "hərbi mübarizə"ni davam etmək istədiklərini bəyan edirlər. Onlar əsasən xarici qüvvələr tərəfindən maliyələşdirilir və dəstək verilir. Məhz bu qrupa qarşı anti-terror əməliyyatları aparılmalı və təmizlənməlidir".
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya