
Məhsa Mehdili: Traktor Güney Azərbaycan gəncliyinin, qəlbinin və fikrinin səsidir
09:04 06.05.2025
Aktual
530
Güney Azərbaycanda yaşayan milyonlarla Azərbaycan Türkü üçün Traktor Futbol Klubu yalnız bir idman komandası deyil. Bu klub inkar edilmiş kimliyin simvolu, basqı altındakı bir xalqın birlik, dirəniş və varoluş nişanəsidir. İran daxilində azad ifadə mühitindən məhrum edilən Güney Azərbaycanlılar üçün Traktor tribunaları bir kürsüyə çevrilib. Burada yalnız futbol deyil, eyni zamanda milli kimlik, ana dilində təhsil, mədəni hüquqlar və varlıq mübarizəsi də səsləndirilir.
Bir neçə gün əvvəl qələbə qazanmış klub haqqında "separatçı" kimi ifadələrin işlədilməsi isə məyus edicidir. İran Prezidenti Məsud Pezeşkianın oğlu, Prezident Aparatı rəhbərinin müşaviri və media üzrə köməkçisi Yusif Pezeşkian isə "Traktor" komandasının azarkeşlərinə qarşı səsləndirilən pantürkist və separatçı iddialarını strateji səhv adlandırıb.
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili Sherg.az-a açıqlamasında Traktorun sıradan bir klubdan daha artıq olduğunu bildirib:

"İranda Cənubi Azərbaycanlılar böyük bir nüfusa sahibdirlər, amma heç bir demokratik ortamda: televiziyalarda, radiolarda, qəzetlərdə özlərini, istəklərini, haqlarını, varlıqlarını ifadə edə bilmirlər. Edəndə də çox ağır cəzalara məruz qalırlar. Traktor Güney Azərbaycan gəncliyinin, qəlbinin və fikrinin səsidir. Traktor azarkeşləri ilə tanınır. Traktorun azarkeşlərinə baxanda görürsünüz ki, futbola heç maraqlı olmayan qadınlar, yaşlılar, uşaqlar, böyük insanlar, bəylər-məqsədi futbol olmayan insanlar da bu komandanı izləyirlər. O futbol tribunaları, oradan səslənən şüarlar, müdafiə etdiyimiz, üstündə durduğumuz və israr etdiyimiz haqlar xalqımız üçün önəmlidir.
Traktor bir atmosferdir, bir imkandır ki, xalqımız daha rahat, daha geniş şəkildə həm İran daxilində özünü göstərir, həm də Güney Azərbaycan və İranın sərhədlərinin çox ötəsində, Türkiyədə, Şimali Azərbaycanda və dünyanın bir çox yerində Güney Azərbaycanın bir simvoluna çevrilib. Traktor onu dəstəkləyən və onun tribunalarından istifadə edən Güney Azərbaycan xalqının sayəsində bu statusa sahib olub".
Siyasi şərhçi “Separatçı” ilə istiqlalın, bağımsızlığın, haqq, ayrılmaq istəməyin bir-birindən çox fərqli anlayışlar olduğunu söyləyib:
"Onlar üçün artıq hər şey “separatçıdır”. Azərbaycan türkləri öz dillərində danışanda da, haqlarını istəyəndə də, “mən varam” deyəndə də separatçıdırlar. Onların Azərbaycan və türk sözləri ilə problemləri var. Gözləntiləri budur ki, Cənubi Azərbaycanlılar hər şeylərini inkar etsinlər və onların istədiyi bir formaya düşsünlər ki, bəlkə onda qəbul edilərlər.
Xüsusilə nüfus baxımından Cənubi Azərbaycanlılar nə İranın içində, nə də öz torpaqlarında heç bir zaman azlıq olmayıblar.
Traktorun irəliləməsinin və xalq tərəfindən mənimsənilməsinin qarşısını ala bilməyəcəklər. Bu günə qədər heç vaxt da ala bilməyiblər.
Traktor çempion olmasa belə, Güney Azərbaycan xalqının qəlbinin, ağlının və fikrinin səsidir və bir mənalı olaraq tribunada varlığını davam etdirəcəkdir.
Türkiyədə yaşadığım üçün rahatlıqla deyə bilərəm ki, buradakı öndə gedən siyasətçilər, fikir adamları, yazarlar, akademiklər Traktor qalib olanda onu Güney Azərbaycan türklərinin təmsilçisi olaraq qəbul etdi, onu təbrik etdi və sevincimizə ortaq oldu.
Üstəlik, Traktor haqqında dünyada onlarla akademik tezis və kitablar yazıb".
Müsahibimiz sonda Cənubi Azərbaycanlıların bir futbol komandası belə böyük bir fürsətə çevirib öz haqq səsini dünyaya çatdırmağa çalışdığını, bunun da ağıldan, zəkadan, mübarizə və dirəniş ruhundan irəli gəldiyini qeyd edib.
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm