Moskvada Leyla Əliyevanın adından iftar verilib
Yusif Nəzərli
06:29 28.03.2023
Aktual
515
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar verilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, 1500 nəfərdən çox insanın iştirak etdiyi iftar süfrəsi Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulan Ramazan çadırında keçirilən “Azərbaycan axşamı” çərçivəsində baş tutub.
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
“Azərbaycan axşamı”nda çıxış edən Moskva müftisinin müavini Marat Həzrət Arslanov Moskva Ruhani İdarəsi adından Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təşəkkürünü bildirib:
“Fond artıq uzun illərdir ki, Ramazan çadırında iftar süfrəsi təşkil edir. Bu iftar axşamında təqdim olunan mədəniyyət proqramları çox maraqlı, baxımlıdır. İftara gələn insanlar bundan böyük zövq alırlar. Onlar Azərbaycanın mədəniyyəti ilə tanış olurlar, xalqı daha yaxından tanıyırlar, bu insanlara, onların adət-ənənələrinə sevgi bəsləməyə başlayırlar. Əminəm ki, iftarda iştirak edən insanlarda Azərbaycana səfər etmək istəyi yaranır”.
Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov bildirib ki, Rusiyanın mərkəzində, Moskva şəhərində bu qədər insanları bir araya toplamaq, bu qədər insanlara bizim ölkəmizin, millətimizin gözəl mətbəxini, adət-ənənələrini göstərmək asan bir şey deyil:
“Bu böyük bir tədbirdir. Bizim üçün böyük fəxrdir ki, Heydər Əliyev Fondu Moskvada bu işi neçə illərdir görür”.
Tədbir çərçivəsində dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə, layihəyə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Moskva şəhərinin müftisi, Moskva cümə məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu təqdim olunub. Bundan başqa, Rusiya Müsəlmanlarının Ruhani İdarəsi adından Moskvanın “Əhli-Beyt” dini təşkilatının sədri Nizami Baloğlanova “Əl-Fəxr” şərəf ordenini təqdim edilib.
Daha sonra din xadimi tərəfindən azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub. Gecədə “Buta” triosunun ifasında Azərbaycan muğamı və musiqisindən parçalar səslənib, müsəlman məktəbinin şagirdləri Məhəmməd peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 17 ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində iştirak edir. “Ramazan çadırı” Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual