Müşavir: "Bu avtomobillər ətraf mühitə müsbət təsir edəcək"
Yusif Nəzərli
10:46 30.03.2023
Aktual
437
"Yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsi ətraf mühitə müsbət təsir edəcək"
Bunu "Report"a Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, Azərbaycanda idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir: "Bu da avtomobil parkının sürətlə köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsi nəqliyyat sektorundan tullantıların artmasına və bununla da ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərir. ölkədə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı sürətlə artır".
Müşavirin sözlərinə görə, Azərbaycanda istehlakda olan avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən artıqdır: "Statistik rəqəmlərə baxsaq, köhnə avtomobillərin sayının ekoloji cəhətdən təmiz avtomobillərin sayına nisbətən daha sürətlə artmasını müşahidə edə bilərik. Bu isə ətraf mühitə, insan sağlamlığına təhlükələr yaradan amillərdəndir. Ona görə də, Nazirlər Kabineti tərəfindən 29 mart 2023-cü il tarixində yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub. Bu qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də avtomobil sektorunun insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin azaldılmasına şərait yaradacaq, digər tərəfdən də bu digər ölkələrdə istifadəsi məhdudlaşdırılmış avtomobillərin ölkəmizə axınının qarşısını alacaq”.
R.Səttarzadə qeyd edib ki, inkişaf etmiş ölkələrdə benzin və dizel yanacağı ilə işləyən avtonəqliyyat növlərindən istifadənin azaldılması və tədricən qadağan edilməsi istiqamətində tədbirlər görülür: "Bu da o deməkdir ki, müəyyən müddətdən sonra artıq həmin avtomobillərin bir çoxu inkişaf etməkdə olan ölkələrin bazarlarına yönələcək. Ümid edirəm ki, müəyyən vaxtdan sonra görəcəyik ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar nəticəsində ətraf mühitdə, atmosferin keyfiyyətində müsbət dəyişikliklər olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə