Nazirin addımı qeyri-adi qarşılanmadı: Eyvazov DYP-də islahatlara başlayıb
Fidan Həmişəyeva
09:18 13.01.2020
Aktual
853
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib. Əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb.
Yeni qərarla bağlı fikrilərini Sherg.az-la bölüşən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə eskpert Elməddin Muradlı bildirib ki, nazirin əmri əslində sturuktur islahatları çərçivəsində atılmış bir addımdır:
“Uzun illərdir hər birimiz məsələ qaldırırdıq ki, niyə yol polisləri ilə bağlı islahat aparılmır. Artıq islahatlar başlayıb və davam edəcək. Ümid edirik ki, daha yaxşı olacaq və bundan sonra yol polislərinin fəaliyyətində ciddi dəyişikliklərin şahidi olacağıq. Düzdür, əvvəllər rast gəlməmişəm ki, hansısa idarənin bütün heyəti sərəncama göndərilsin, sonra isə bir-bir geri götürülsün. Hər halda bu yeni bir islahatdır. Ölkəmizdə belə islahatlar təkcə yol polisləri ilə bağlı yox, demək olar olar ki, bütün sturukturlarda gedir. Məsələn, Milli Məclis buraxıldı, daha sonra Prezident Administrasiyasında, icra hakimiyyətlərində də dəyişikliklər edildi. Ona görə də Dövlət Yol Polisləri ilə bağlı atılan addımı qeyri-adi qarşılamıram. Çünki illərdir hər birimiz nə üçün islahatların aparılmadığını söyləyirdik”.
Ekspertin fikrincə, islahatların yaxşı nəticəsi sürücü-polis münasibətlərində, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində, təbliğat işlərinin gücləndirilməsində özünü göstərəcək:
“Düzdür, yerdəyişmələr və yeni təyinatlar olmalıdır. Yenilik hər zaman müsbət dəyişikliklər gətirməsə də, əksər hallarda kadr dəyişiklikləri işin irəli getməsinə səbəb olur. Yol polisləri ilə bağlı aparılan islahatların da belə nəticə verəcəyini gözləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə