
Nobel Sülh Mükafatın Vardanyana verilsə, dəyəri aşağılanacaq -Fazil Mustafa
10:38 08.04.2024
Aktual
588
Bakıda həbsdə olan keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın 2024-cü il üzrə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Bu barədə “Nyus Armenia” məlumat yayıb.
Məlumatın Vardanyanın yaxınları tərəfindən təsdiqləndiyi bildirilir.
R.Vardanyanın namizədliyi guya “humanitar, xeyriyyə, təhsil layihələri həyata keçirdiyi” üçün irəli sürülüb.
Maraqlıdır ki, Vətən müharibəsindən sonra Rusiyadan Qarabağa köçən və burada separatçıları, terrorçuları maliyyələşdirən, sülh və kompromis əvəzinə silahlı münaqişəni təşviq edən Vardanyanın “Qarabağda gördüyü xeyriyyə və humanitar işlər” də qabardılıb.
Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Ruben Vardanyanı xilas etmək üçün Nobel Sülh Mükafatından istifadə etməyə çalışırlar:

“Onların hansı yola əl atmaqlarından asılı olmayaraq, bu Ruben Vardanyanın azadlığa buraxılması üçün çıxış yolu deyil. Əgər “Nobellər” bu məsələyə alət olsalar, böyük biabırçılığa əsas verəcəklər. Belə addımları atan zaman kifayər qədər kontenti əsaslandırmaq lazımdır. Çünki bu hansısa dövlətin maraqlarına və suverenliyinə qəsd etmək kimi qiymətləndirilə bilər. Onlar, qeyri-ciddi yol izləyirlər. Biz bir neçə dəfə terrorçuların Nobel Sülh Mükafatı almasının şahidi olduşuq. Bundan sonra belə addımlar davam etsə, Nobel Sülh Mükafatının dəyəri aşağılanacaq. Bu bir növ Azərbaycana təzyiq göstərmə vasitəsidir. Amma Azərbaycan həmin terrorçuları öz qanunvericiliyinə uyğun olaraq cəzalandıracaq və onlar üçün lazimi münasibəti ortaya qoyacaq”.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsi üzrə terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya