Oxrimenko: "Xarici qüvvələr ölkənizdə vəziyyəti sarsıda bilməyəcək"
08:06 22.10.2019
Aktual
474
Oktyabrın 19-da Bakıda icazə verilən yerdə aksiya keçirməkdən imtina edən bir qrup müxalif düşüncəli şəxsin icazəsiz mitinqi bir çox suallar doğurmaqda davam edir. İlk olaraq, söhbət xarici qüvvələr tərəfindən açıq dəstəkdən gedir.
Niyə müxalifət razılaşdırılmış mitinq əvəzinə şəhər mərkəzində iğtişaşlar yaratmağa çalışıb? İcra hakimiyyəti tərəfindən ayrılmış başqa yerdə kütləvi aksiya keçirməyə nə mane olur? Cavab aydındır - kütləvi dəstəyin olmaması... Stadionda 300-400 nəfər gülməli görünəcək. Eyni sayda adamın şəhərdə qaçması kütləvi etiraz aksiyası mənzərəsi yaratmaq imkanı verir.
Media.Az Ukrayna Analitik Mərkəzinin direktoru Aleksandr Oxrimenko ilə söhbət edib.
- KİV-də belə informasiya yayılıb ki, Bakının mərkəzində baş tutan son aksiyada ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşlarının əli var.
- Əlbəttə, ABŞ dünya lideridir. “Narıncı inqilab” metodu isə öz məqsədlərinə çatmaq üçün üsuldur. Ancaq yerli faktorları da nəzərdən qaçırmaq olmaz. Çox güman ki, Ukrayna təcrübəsi ilə desəm, ölkə daxilində biznes-elita ilə əlaqəli qüvvələr var. Bu, hakimiyyətin sabitliyinin sınağı idi.
- Ancaq xarici təsirə qayıtsaq, həqiqətən də, ABŞ icazəsiz aksiyaları dəstəklədikləri ölkələrlə münasibətlərin pisləşməsindən narahat deyil?
- Bizim ölkələrimiz nəticələr barədə fikirləşir, ABŞ isə yox. Özlərini ən güclü, ən nəhəng hesab edirlər və bu mövqe dəyişməzdir. Vaşinqton hesab edir ki, hamı onların qarşısında əyilməlidir. Bu vacib amildir.
- Bəs ABŞ-ın digər ölkələrin işlərinə qarışmadığını elan edən Prezident Donald Trampın siyasəti haqqında nə demək olar?
- ABŞ-da prezident bütün səlahiyyətlərə malik deyil. O, dövlət qulluqçularından biridir. İstənilən senator prezidenti “döyüşə” çağıra bilər. Tramp öz mövqeyini, Senat digər, Konqres isə üçüncü mövqeyi səsləndirə bilər.
- Siz “maydan”ların tərəfdarı deyilsiniz, bunu dəfələrlə demisiniz. Elə hallar olub ki, insanlar “narıncı inqilab” ideyasına aldanıblar?
- Qərb və ABŞ-ın dəstəyilə “rəngli inqilab” cəhdləri ölkədə biznes, oliqarxlar tərəfindən dəstək olarsa, mümkündür. Əgər bu olmasa, heç bir şey baş verməyəcək. Əsas təhlükə yalnız zəngin siyasi elitanın ayrı-ayrı nümayəndələrindən ola bilər. Misal üçün, Ukraynada birinci və ikinci “rəngli inqilab”lar - bu, ukraynalı iş adamlarının nümayişlərinin nəticəsidir. Azərbaycana gəlincə isə, xarici qüvvələr ölkənizdəki vəziyyəti sarsıda bilməyəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol