Qərb kəşfiyyatı Ermənistanda vəziyyətə nəzarət etmək istəyir
Yusif Nəzərli
22:38 03.04.2023
Aktual
425
Aİ-nin missiyası sülhdə maraqlı olsaydı, İrəvanın sabitliyi pozmaq cəhdlərinin qarşısını alardı
Xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubeli ilə görüşüb. Postmünaqişə dövründə regionda mövcud vəziyyəti qonağın diqqətinə çatdıran C.Bayramov Ermənistanın öhdəliklərindən boyun qaçırdığını, davamlı hərbi-siyasi təxribatlar törətdiyini və bunların sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. Ceyhun Bayramov son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Avropa İttifaqının Ermənistandakı missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu deyib. Nazir sözügedən missiyadan bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb. Xüsusi nümayəndə Dirk Şubel, son dövrlərdə nəqliyyat-kommunikasiya sahəsində yaranmış çağırışların Şərq-Qərb Dəhlizinin önəmini artırdığını diqqətə çatdıraraq, Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Politoloq Azər Rəşidoğlu "Şərq"ə bildirib ki, Ermənistanda yerləşdirilən və Aİ adından fəaliyyət göstərən müşahidəçilər keçmiş jandarm, polis və kəşfiyyat orqanlarının nümayəndələridir. Ekspertin fikrincə, Aİ missiyasının fəaliyyəti məlumat toplamaq, kəşfiyyat işləri aparmaq, qərar tutduqları yerlərin relyefini öyrənməkdən ibarətdir: "Lakin reallığı görmək üçün Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin polis məmuru vəzifəsi ilə kamuflyaj edilmiş kəşfiyyatçı fəaliyyətinə nəzər yetirmək kifayət edir. Onun 2005-ci ildə Kosovoda, 2007-2008-ci illərdə Gürcüstanda, 2012-2013-cü illərdə Cənubi Sudanda və 2017-2019-cu illərdə Avropa İttifaqı Konsulluğun rəhbəri kimi Bağdaddakı fəaliyyətinə baxmaq yetərlidir. Deməli, "missiyanın" məqsədi Qərb kəşfiyyatının Ermənistandakı vəziyyətə nəzarət etmək istəyidir. Əgər iddia edildiyi kimi Aİ-nin missiyası sülhdə maraqlı olsaydı, İrəvanın sabitliyi pozmaq cəhdlərinin qarşısını alardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə