Seymur Əliyev: DTX regional təhlükəsizliyə böyük töhfələr verib
Yusif Nəzərli
11:57 28.03.2023
Aktual
726
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti sadəcə ölkəmizin deyil, bütün regionun təhlükəsizliyinə böyük töhfələr verib.
"Sherg.az"xəbər verir ki, bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, jurnalist-tarixçi Seymur Əliyev bildirib. Qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizə buna nümunədir:
“Dövlət Təhlükəsizliyi Xidməti 44 günlük Vətən müharibəsində erməni faşizminin məğlub edilməsində, işğaldakı torpaqlarımızın azad edilməsində yaxından iştirak edib. Müharibə zamanı həm ön xətdə, həm də arxa cəbhədə erməni separatizminə, terror və təxribat cəhdlərinə qarşı uğurla mübarizə aparan Dövlət Təhlükəsizliyi Xidməti, postmüharibə dönəmində də ölkəmizin düşmənlərinin zərərsizləşdirilməsində mühüm addımlar atmaqdadır. Son bir neçə ay ərzində onlarla İran casusunun de-şifrə olunaraq məsuliyyətə cəlb edilməsi buna nümunədir.
Azərbaycan regionun lider dövlətidir və bu dövlətin təhlükəsizliyinin təmin edilməsi ümumilikdə bütün regionun təhlükəsizliyinin təmininə töhfə vermək deməkdir.
Dövlət Təhlükəsizliyi Xidməti həm erməni faşizminin məğlub edilməsində aktiv iştirak etmək, həm də bütövlükdə region üçün təhdid təşkil edən riskləri aradan qaldırmaqla regional təhlükəsizliyin qorunmasını təmin edib. Bu mənada Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti çox genişdir və bütün regionun rifahına, təhlükəsizliyinə, sülh və sabitliyə xidmət edir.
Peşə bayramları münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarını təbrik edir, onlara xidməti vəzifələrində uğurlar arzulayırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual