“Şiəliyə və islama qarşı antitəbliğatı İran özü aparır”
Yusif Nəzərli
15:26 05.04.2023
Aktual
530
"Xarici maraqlı qüvvələrin ölkəyə gələrək insanları öz agentura şəbəkələrinə cəlb etmələri buraxılmış bəzi boşluqların nəticəsidir. Bunun qarşısını almaq üçün isə maarifləndirmə prosesi düzgün aparılmalıdır".
Bunu "Sherg.az"a açıqlamasında İlahiyyatçı Tural İrfan İran cəsuslarının həbs edilməsinin "dindarlar" və "Şiə" məzhəbinə qarşı kampaniya kimi qələmə verilməsindən danışarkən deyib.
O qeyd edib ki, məzhəb ayrıseçkiliyi ilə bağlı yalanlar həmin xarici qüvvələrin ortaya atdığı provokasiyadır:
"Cinayətkarın və terrorçunun məzhəbi olmur. Hər bir cinayətkar məzhəbindən və dinindən asılı olmayaraq cəzalandırılmalıdır. Sadəcə ola bilər ki, həmin şəxslər şiə məzhəbindəndirlər. Həmin şəxslər İran tərəfindən ələ alınmış qüvvələrdir və terrora cəhd ediblər. Ümumiyyətlə Azərbaycan xalqının yarıdan çoxu şiə əqidəlidir və bu məzhəbə qarşı heç bir basqı olunmur. Həbs edilənlər isə şiə əqidəsi adı altında xarici qüvvələrə alət olan insanlardır. Şiəliyə qarşı basqı olması iddiası İranın provokasiyasıdır. Əslində şiəliyə və islama qarşı anti-təbliğatı həmin terrorçuları göndərməklə İran özü aparır. Onlar Hüseyn adını terrora qoşaraq Hüseynin bayrağını murdarlayırlar".
Bundan başqa, məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov söyləyib ki, İran dövlətinə çalışan şəxslər boşluqlardan istifadə edərək, anti-müsəlman, anti-şiə kampaniyası kimi qələmə verməyə çalışırlar:
"Bu provokasiyalara qarşı hüquq-mühafizə orqanları və media mənsubları ciddi mübarizə aparmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya