Sosial şəbəkələrdə saxtakarlıq
Yusif Nəzərli
22:31 28.03.2023
Aktual
491
Növbəti qurban məşhur cərrah oldu
Məşhur insanların fotoları ilə sosial şəbəkələrdə saxtakarlıq edənlərin növbəti qurbanı dünyada tanınan ürək cərrahı professor Bingür Sönməz olub. Xolesterol və yüksək təzyiq kimi xəstəliklər hazırda əhali arasında geniş yayıldığından fırıldaqçılar bu dəfə professor B.Sönməzin fotosunu sosial şəbəkədə yerləşdirərək, guya ki, onun tövsiyə etdiyi dərman preparatlarını təbliğ ediblər.
Əslində bu preparatlar saxtadır və həkimlər tərəfindən məsləhət görülmür. Lakin fırıldaqçılar insanların məşhur cərraha inamından sui-istifadə edərək dərmanları reklam edirlər. Professor da əhalini fırıldaqçıların əlindən xilas etmək üçün çıxış yolunu sosial media vasitəsilə müraciət etməkdə görüb. “Şərq” “Millieyt.com”a istinadən bildirir ki, başına gələnlərlə bağlı danışan B.Sönməz “3 aya yaxındır qaçaqmalçılar adımdan saxta dərman bazarı açıb. Polis, istintaq, kibertəhlükəsizliyə cavabdeh olanlar fəaliyyətsizdir, heç bir iş görmürlər, saxtakarları yaxalamağa çalışmırlar.
Bir internet səhifəsini bağlayırıq, başqasını açırlar. Əldə etdiyimiz ünvanları, telefon nömrələrini prokurorluğa təqdim etmişik, amma yenə nəticəsi yoxdur. Sosial media istifadəçilərindən xahişim budur ki, hər məlumata, reklama inanmasınlar.
Feysbuk və instaqram səhifəsində yuxarı sağ küncdə 3 nöqtənin üzərinə basaraq “aldatma və dolandırma” düyməsini sıxsınlar, şikayət etsinlər. Tək yolu budur”. Professor bildirib ki, normal qan təzyiqi və xolesterolu aşağı salmaq üçün damarlarınızı təmizləyin” başlıqlı saxta dərmanların satışının qarşısını almaq üçün mübarizəni davam etdirir.
Vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdır. Professor deyib ki, onun fotolarından istifadə edərək dərman reklamı təşkil edilməsinə inanmasınlar. Saxta dərman preparatlarını alıb həyatlarını riskə atmasınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat