Sülh yaxındadırmı? – “Ermənilər dərk edəcəklər ki...”
Sülh yaxındadırmı? – “Ermənilər dərk edəcəklər ki...”
Yusif Nəzərli
09:55 31.03.2023
Aktual
784
"Post-müharibə dövrünün ötən 2 il yarım müddətində hələ də sülhün əldə edilməməsi Ermənistanın üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır. Eyni zamanda özünə yeni amillər axtararaq, regiondakı gərgin vəziyyəti daha da kəskinləşdirməsilə bağlıdır".
Bu sözləri "Sherg.az"a millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin "Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz", - deyə vurğuladığı fikirlərə münasibət bildirərkən söyləyib. Deputatın fikirlərinə görə, Ermənistan hesab edir ki, müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərə bilər:
"Amma işğaldan azad olunmuş Laçın rayonuna səlahiyyətli nümayəndə təyin edərkən bir daha bu məsələyə qayıtdı. Ölkə başçısı bildirdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Əslində regionda ermənilərin təxribat cəhdlərinə qarşı ölkəmizin həyata keçirdiyi tədbirlər də dövlət başçımızın diqqətə çatdırdığı fikirləri bir daha təsdiq edir. Hər təxribatdan sonra Azərbaycan öz iradəsini bir daha qətiyyətlə göstərərək, öz hüquqları gərəyini etməyi bacarıb.
Qarabağda yaşayan erməni icmasını xarici təsirlər altında radikallaşdırılaraq, Azərbaycana qarşı etdiyi qanunsuz hərəkətlər zamanı bu addımlar atılıb. Həmçinin Ermənistan-Azərbaycan sərhədində erməni hərbi birləşmələrinin mövqelərimizi atəşə tutmasından sonra tədbirlər görülüb. Sonuncu belə tədbiri isə ərazimizdən qeyri-qanuni yollar çəkərək, qanunları pozmağa davam edən ermənilərə qarşı gördük.
Nəticə etibarilə, aydın oldu ki, istər qərb, istər şimal, istərsə də cənubda Ermənistana kim nə söz versə də, əməldə rəsmi İrəvanın arxasında dura bilmirlər. Ona görə də dövlətimizin atdığı addımlar məhz sülhü nəzərdə tutur. Ermənilər nə qədər ki, bizə təzyiq etməyə çalışacaqlar, sülhə nail olmayacağıq. Bu səbəbdən Azərbaycan həyata keçirdiyi tədbirlərin məntiqi yekunu olaraq, Laçın dəhlizinə nəzarət buraxılış məntəqəsi quraşdırmaqla da sülhü daha da yaxınlaşdırmış olacaq. Ermənilər dərk edəcəklər ki, artıq heç bir çıxış yoxdur. Himayədarları, söz verənləri düşmən ölkənin arxasında dura bilmirlər. Azərbaycanla sülhə gəlməkdən başqa bir əlac yoxdur. Bu, ən doğru yoldur".
Qeyd edək ki, Ölkə lideri, Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib:
"Müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə