Tarixi görüş:“Həm Azərbaycana, həm İsrailə axın…”
Yusif Nəzərli
11:17 29.03.2023
Aktual
448
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsraildən olan həmkarı Eli Kohenin görüşündə müzakirə olunan məsələlər açıqlanıb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.Məlumatda qeyd olunur ki, görüş zamanı Azərbaycanla ilə İsrail arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Görüşdə C.Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini deyib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.
İsrailin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
İsrail və Azərbaycan arasındakı bütün sahələrdə münasibətlərin inkişaf etdiyini deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, bu münasibətlər müxtəlif sınaqlardan keçərək möhkəmlənib:
"Bilirik ki, regionda gərginlik get-gedə artır. Gərginliyə isə əsasən İranın nüvə proqramını davam etdirməsi və Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaqdan imtina etməsi səbəb olur. Bu hər iki ölkə üçün müəyyən təhdidlər ortaya qoyur. Təhdidlərlə mübarizə aparmaq üçün isə ikitərəfli münasibətlərin inkişafı çox vacibdir. Hətta 44 günlük savaşda İsrail Azərbaycana kifayət qədər dəstək verdi. İsraildən əldə olunan silah və texnikalar müharibədə həlledici rol oynadı. Eyni zamanda Azərbaycan və İsrail arasında olan Təhlükəsizlik münasibətləri də hər iki ölkə üçün önəmlidir. Həmçinin bu yaxınlarda İsrailli mütəxəssislərin iştirakı ilə Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərkəz də açıldı".
Analitikin sözlərinə görə, İsraildə səfirliyimizin açılması ikitərəfli münasibətləri daha da sıxlaşdıracaq:
"Son zamanlarda iki ölkə arasındakı turizm münasibətləri də inkişaf edib. Yəni hər iki ölkənin vətəndaşlarının həm Azərbaycana, həm İsrailə axını baş verir. Digər tərəfdən enerji sahəsindəki əlaqələr də kifayət qədər məhsuldardır. Azərbaycanın iştirakı ilə regionda iri enerji layihələri həyata keçirilir. Eyni zamanda qaz nəqliyatı ilə bağlı həyata keçirilən layihələrin köməyi ilə gələcəkdə İsrail qazı da Avropaya nəql edilə bilər. Ümumiyyətlə hər iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyədədir və səfirliyimizin açılışı bunu daha da inkişaf etdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat