Tək arzusu var:Milyoner təqaüdçü boşanmaq istəyir
Yusif Nəzərli
07:14 04.04.2023
Aktual
544
Uzun illər xarici ölkədə çalışıb, nəhayət təqaüdə çıxdıqdan sonra Vətəninə dönən Mustafa Göktaşın yeganə arzusu boşanmaqdır. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, 86 yaşlı Mustafa Göktaş Adananın Kozan bölgəsində yaşayır. M.Göktaş 11 il əvvəl qonşularının vasitəsilə bir xanımla tanış olaraq evlənib. Nevin adlı xanım il yarım əvvəl M.Göktaşı tərk edərək evdən gedib. Onun başqa biriylə yaşadığı deyilir. Amma məsələ burasındadır ki, evdən gedən xanım rəsmi həyat yoldaşından hələ də boşanmayıb. M.Göktaş evləndiyi qadından illərlə zorakılıq gördüyünü deyib: “Onunla evləndim. Evlənməz olaydım! 11 il mənə zorakılıq etdi, qohumları evimdə illərlə kirayə haqqı ödəmədən qaldılar. Onların ucbatından 1 milyon TL pul itirdim”, söyləyən M.Göktaş həyat hekayəsini də anladıb. M.Göktaş 25 il Avropada yaşayıb, çalışıb. Birinci həyat yoldaşı Hüsnə Göktaş xərçəng xəstəliyinə tutulub. Xanımı vəfat etdikdən sonra M.Göktaş Vətənə dönüb. Məmləkətinə fayda verməyə çalışıb. Un fabriki, yanacaqdoldurma məntəqəsi açıb, Kozanda məhəllə cameəsinə yardım edib. Qonşuları tək qalmasın deyə ona evlənmək təklif ediblər.
“Nevin xanımın 50 yaşı vardı, mənimsə 75. Yaş fərqimiz böyükdür, dedim, evlənmək istəmədim. Qonşular israr etdi, araya girənlər oldu, Nevin də “sənə qulluq edəcəyəm”, dedi. Evləndikdən sonra Mustafa dədənin qara günləri başlayıb.
Nevin xanım ərinin mülklərini öz adına sənədləşdirib. M.Göktaşın evlərinin hərəsində Nevin xanımın bir qohumu yerləşib, kirayə də ödəməyiblər. M.Göktaş göz yaşları içində bunları anladıb: “Mənim 1 milyon pulum getdi. İndi ayrılmaq, boşanmaq istəyirəm. “Boşanmayacam”, deyir. Gözləyir ki, mən ölüm, malım, mülküm, hamısı ona qalsın. Nə qədər var-dövlətim vardısa, bu 11 ildə hamısı yeyib-bitirdi. Yeganə istəyim ölmədən əvvəl ondan boşanmaqdır. İl yarımdır buna çalışıram. 5 məhkəmə iclası olub. Bir qərar verməyiblər. Qadına şiddətdən danışır hamı. Mənə qarşı edilənlər şiddət deyilmi? Mən 86 yaşındayam, qaçıb getdiyi adam 45 yaşında. Hara gedirsə getsin. Məndən əl çəksin. Başqasıyla yaşayır, məndən boşansın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə