ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Avropa Birliyinə silah satır və bu ölkələr silahları hansı ölkələrə verəcəyini özləri seçir.
Teleqraf xəbər verir ki, ABŞ lideri "Amerikanın səsi" radiosuna açıqlamasında deyib: "Mən silahları Ukraynaya vermirəm, Avropa Birliyinə verirəm. Onların pulu var və çoxlu dollar ödəyirlər. Biz sursat, qırıcı təyyarələr satırıq, hər şeyi Avropa Birliyinə satırıq və onlar da Ukraynaya vermək də daxil olmaqla, istədiklərini edirlər".
31 iyulda Tramp qeyd etdi ki, ABŞ digər ölkələrə Amerika silahlarının istehsalı üçün lisenziyaların verilməsində son dərəcə ehtiyatlı olmalıdır. O, Vaşinqtonun Kiyevə nə "Patriot", nə də "Tomahawk" qanadlı raketlərinin istehsalı texnologiyasının verilməsinə razı olmadığını vurğulayıb.