Xalqın heç bir tələbi nəzərə alınmır
Yusif Nəzərli
09:23 06.04.2023
Aktual
656
Hicab məcburiyyəti Güneydə etirazları gücləndirib
Molla rejimi Xudafərinə gedən yolları da qapadır ki, Azərbaycana dəstək məkanına çevrilməsin
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İranda edamların artmasını, insan haqlarının geniş və kobud şəkildə pozulmasını və zorakılıqda iştirak edənlərə diplomatik toxunulmazlığı pisləyən qətnamə qəbul edib.
Qərar Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 47 üzv dövlətindən 23-nün səs verməsi ilə təsdiq edilib.
Kuba, Çin, Pakistan və Vyetnam da daxil olmaqla 16 ölkə səsvermədə bitərəf qalıb, İnsan Hüquqları Şurasının 8 üzvü isə qətnamənin əleyhinə səs verib.
Qətnamədə İranda insan haqlarının kobud, dəfələrlə və davamlı şəkildə pozulmasından dərin təəssüf hissi ifadə edilir, edamların sayının artması, o cümlədən xalq etirazlarında həbs olunanların edam edilməsi ilə bağlı narahatlıq ifadə edilir.
Qətnamədə İranda “cins, etnik mənşə, din və ya siyasi fikirlərə əsaslanan sistematik ayrı-seçkilik və zorakılıq” pislənilib.
BMT-nin İrandakı insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın da mandatı daha bir il uzadılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani qətnaməni rədd edib, Cavid Rəhmanın səlahiyyət müddətinin uzadılmasını pisləyib.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına riayət etmədiyi üçün işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb. Etirazlarda iştirakına görə 4 nəfər edam edilib. İran təhlükəsizlik qüvvələri 500-dən çox etirazçını öldürüb.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İranda etiraz aksiyalarının nisbətən səngiməsi tətillər ilə bağlı idi:
"Etirazlar öncə İran hökumətinin hicabla bağlı verdilkləri qərarlar səbəbiylə başlamışdı. Daha sonralar bu aksiyaları başqa səbəblərlə davam edirdi. Məktəbli qızların yeməkdən zəhərlənməsi məsələsi isə İranda bu vəziyyəti daha da çıxılmaz hala gətirdi, etirazlar geniş füsət aldı. Hazırda etiraz aksiyaları davam edir”.
S.Soltan həmçinin vurğulayıb ki, etiraz aksiyasının belə kütləviləşməsi və davam etməsi İran hakimiyyətinin cəmiyyətin bu istiqamətdə çıxışlarına laqeyd münasibətidir. Hakimiyyət hicabla bağlı qaydaları daha da sərtləşdirməklə etiraz aksiyalarının güclənməsinə şərait yaratmış oldu:
"Xomeyni dünənki çıxışında bildirib ki, hicab dinin qaydasıdır və bu istiqamətdə heç bir güzəşt olunmayacaq. Bununla yanaşı, İran Parlamentinin sədri Bəkir Qalibaf bildirib ki, İran Parlament hicab haqqında qanunun icrasını dayandırmayacaq. Odur ki, xalqın tələbləri ödənmədiyindən cəmiyyətin də etirazları güclənib”.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bayraqlarının da bu etirazlarda yüksəldilməsi müşahidə olunur:
"Bu hərəkatlar zamanı Azərbaycan türkləri “azadlıq, ədalət, milli hökumət” şüarları irəli sürürlər. Azərbaycan bayrağını da göstərməklə İran hakimiyyətinə bildirirlər ki, dünya Azərbaycan türkləri Azərbaycan Respublikasının maraqlarını və onun dövlətçiliyini müdafiə edir”.
"İran hakimiyyəti Xudafərin ərazisində dayanacaq yerini ləğv edib. Əhalinin son zamanlar bura olan axını İran hakimiyyətini narahat edir. Əsas məsələ perspektivdə soydaşlarımızın Xudafərin körpüsü ətrafında aksiyalar keçirməsinin qarşısını almaqdır. Əvvəllər Azərbaycan türkləri öz varlıqlarını bizlərə göstərmək üçün Qaradağ mahalındakı Babək qalasını və onun ətraf ərazisini istifadə edirdilər. Burada tədbirlər və aksiyalar keçirirdilər. İndi isə Azərbaycan Prezidenti cənab İlham Əliyev Xudafərini qardaşlıq, dostluq körpüsü kimi elan etdiyi üçün Cənubi Azərbaycanda yaşayan soydaşlarımız bura axın etməklə dostluğu, qardaşlığı həm İran hökumətinin, həm də dünya ictimaiyyətinin nəzərinə çatdırmağı planlaşdırır. İran hakimiyyəti də bundan narahat olduğu üçün müxtəlif məhdudlaşdırıcı tədbirlər görməkdə davam edir”, - deyə S.Soltan sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya