10 gün sonra toyu olacaqdı, İstanbuldakı terrorda öldü




Atatürk hava limanında baş vermiş qanlı hücumda həyatını itirən Yusuf Haznedaroğlunun 10 gün sonra evlənəcəyi məlum olub. Haznedaroğlunun hava limanında işləyən qayınanası, kürəkəninin iş bitimindən sonra xidmət gözləyərkən hücumun reallaşdığını söyləyib.
Ədli Tibb Təşkilatı qarşısında gözləyən Haznedaroğlunun qayınanası kürəkəninin hava limanında çalışdığını söyləyib. Kürəkəni Yusuf Haznedaroğlunu itirən qadın, "Bakırköy dövlət xəstəxanasından bura gəldik. Əvvəl ağır yaralı olaraq gətiriblər, sonra həlak olub. Belə bildiyimiz bu qədər. Hazırda məscidə aparacağıq. Qapı qarşısında xidmət gözləyərkən, yoldaşları yaralı, onu isə itirdik. İşdə qalsaydılar çıxmayacaqdı o uşaqlar oraya. 10 gün sonra toyu vardı, çox təəssüf ki..." deyə danışıb.
Haznedaroğlunun cənazəsinin sabah Büyükçekmecedə qılınacaq cənazə namazından sonra dəfn ediləcəyi öyrənildi.