Ziya Məmmədova yoldan şikayət etdilər



Prezdentin  tapşırığın aəsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlər bölgələrdə vətəndaşların qəbulunu keçirir, müxtəlif məsələlərlə bağı müraciətləri dinləyir, onların həllinə kömək göstərirlər. Belə qəbullardan biri bu günlərdə Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləmişdir. Vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, dağ çayları üzərindəki körpülərin təmiri və yenilərinin salınması, işə qəbul və digər məsələlərlə bağlı olub. Nazir  vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Valeh Əzizov, 
Qəbələ