İranda uşaq toyu: İkisinin də yaşı şok edir - FOTOLAR






İranda 14 yaşlı oğlan ilə 10 yaşlı qız, səlahiyyətli dairələrdən icazə aldıqdan sonra izdivaca daxil oldular. Ölkədə qanuni evlilik yaş sərhədinin altında olan cütlük, fotoşəkillərini ictimai media hesablarından yaymağa da laqeyd qalmadı. İran İslam Respublikasında, qızlar atalarının icazəsini almaq şərtiylə ən erkən 13 yaşında evlənə bilirlər. Kişilərdə bu yaş sərhədi 15 olaraq verilir. İranda evlilik yaşıyla əlaqədar qanuni tənzimləmələr olmasına baxmayaraq, 2010-cu ildəki qeydlərə görə, 10 ilə 14 yaş arasında 42 min uşağın evləndiyi ifadə edilir. Uşaq cütlüyün şəkillərində 10 yaşlı qızın gəlin paltarı geydiyi görünərkən, 14 yaşlı kürəkənin boz bir paltarla toya qatılması diqqət çəkir. İranda son illər liderlərin evlilik nisbətləri və əhalisini artırmaq istəmələrinə baxmayaraq, evlənmə nisbətləri sürətlə azalır, boşanmalarda artım müşahidə olunur. Bu vəziyyət ölkədəki dini liderləri narahat edərkən, gənc və ya uşaq yaşda ailə qurmaq istəyənlərin önünü açır.