O körpəyə bir də indi baxın

Anası onun 3 həftə içində ölə biləcəyini dilə gətirmişdi






27 həftəlik dünyaya gələn bu körpə - Mollieni, hər kəs bu fotoşəkil çəkilərkən tanımışdı. Gözlənən doğum tarixindən 13 həftə əvvəl dünayay gələn körpə, doğulduğundan bəri reanimasiyada müalicə altında saxlanırdı.
Plasenta pozğunluğu diaqnozu qoyulan körpə anasının bətnində lazım olduğu qədər böyüyə bilmirdi. Yarım kilo doğulan körpənin anası onun 3 həftə içində ölə biləcəyini dilə gətirmişdi, amma körpə həyatı seçdi və 4 ayın sonunda ailəsinin onu götürüb aparmasını gözləyir. İndi  2,5 kiloqram olan möcüzə körpənin son halı görənləri çaşdırdı.