İctimai medianın gücü: qələm satan məşhurlaşdı, pul yığıldı

24 saatda 3 min adamın köməyiylə toplanan rəqəm 80 min dolları keçdi
Abdül ağladı, əldə edilən pulla iki uşağını məktəbə göndərəcəyini söylədi


Norveçli aktivist Gissur Simonarson, keçən həftə qucağında uşağıyla Livanın paytaxtı Beyrut küçələrində qələm satan bir atanın fotoşəkilini paylaşınca, ictimai medianın gücü bir daha gözlər önünə sərildi. Simonarsonun fotoşəkili Twitterə qoymasının ardından dünyanın dərhal hər yerindən bir çox insan şəkildəki ataya kömək etmək istədiyini ifadə etdi. Lakin Simonarson, adamı da, şəkili çəkəni də tanımırdu. CNN-nin xəbərinə görə, aktivistlər "#BuyPens" (Qələmləri satın al) hashtagıyla Simonarsonun fotoşəkildəki şəxsin yerini təyin etməsinə köməkçi oldu. İki günlük araşdırma və kömək nəticəsində Simonarson adının Abdül olduğu ifadə edilən atanı tapdı. İki uşaq atası olan və tək yaşadığı müəyyən olunan Abdül, beynəlxalq bir kampaniyanın mövzusu olduğunu öyrənincə çaşdı. Fotoşəkildə yatarkən görünən Reem adlı 4 yaşlı uşaq isə atasının tapılmasını təmin edən aktivist Carol Maloufla selfie çəkdirmək istəmişdi. Simonarson, Suriyanın ən problemli yerlərindən biri olan Yermukdakı evindən qaçan Abdül və ailəsi üçün 5 min dollar yığmaq üçün internet səhifəsi açdı. #BuyPens kampaniyası yalnız 30 dəqiqə içində məqsədinə çatdı. (milliyet.com) 24 saatda isə 3 min adamın köməyiylə toplanan rəqəm 80 min dolları keçdi. Simonarsan, "Abdül pulun miqdarı eşidincə ağlamaya başladı" deyərkən, 35 yaşlı Suriyalı atanın "kömək edənlərə mütəşəkkir olduğunu və comərdlikləri üçün davamlı təşəkkür etdiyini" bildirdi. Əldə edilən pulla iki uşağını məktəbə göndərəcəyini söyləyən Abdül, müharibədən əvvəl bir şokolad fabrikində çalışırmış.