Avtobus marşrutlarının dəyişdirilməsi təxirə salındı




1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bu barədə "Baku Bus” MMC-dən bildirilib.
Belə ki, 1 saylı marşrut avtobusu sabahdan deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.
Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.