Prezident iqamətgahı qarşısında partlayış: 5 ölü, 10 yaralı






Moqadişoda Somali prezidentinin iqamətgahı qarşısında güclü partlayış baş verib
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 10-dan çoxu yaralanıb.
Hadisə yerində 5 avtomobil yanaraq külə dönüb.
İlkin ehtimala görə, terrorçuların hədəfində partlayışdan bir az əvvəl iqamətgahdan çıxan BMT-nin avtomobil konvoyu olub.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.