Hər üç ildən bir ölülərini məzardan çıxarırlar

Cəsədlərin geyimləri dəyişdirildikdən sonra qəsəbəni gəzdirirlər





İndoneziyanın Cənub Sulavesi bölgəsində "Ma’nene” olaraq adlandırılan ritual, adamın tüklərini ürpəşdirir. Bölgədə yaşayanlar, hər üç ildən bir ölülərinə olan hörmətlərini göstərmək və onları şərəflənmək üçün məzarları açırlar.

Ailə üzvləri, ölmüş qohumlarının məzarlarını tək-tək açıb, cəsədləri çölə çıxarırlar. Yerli xalq, ölmüş ailə üzvlərinin hələ də onlarla birlikdə olduğuna inanır. Ölümlərindən sonra yaxşı qorunan cəsədlər məzarlarından çıxarılıb, geyimlər dəyişdirildikdən sonra qəsəbəni gəzdirib və sonrasında təkrar məzarlarına qoyurlar. Bu ritual şəkillər insanı dəhşətə salır.