İçkili kişini diri-diri “asfaltladılar”

Latori Barmanı dəfn edəndən sonra sakinlər günahkarların cəzalanmasını tələb edərək



Hindistanda içkili kişinin üstündən asfalt çəkiblər. Oxu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Madhya-Pradeş ştatında baş verib.

45 yaşlı Latori Barman arvadı ilə yarmarkaya gedib. Alış-verış edəndən sonra Barmanın arvadı yaxınlıqda yaşayan öz atasının evinə gedib, Latori isə doğma Kxadra kəndinə qayıtmağı qərara alıb. İçkili vəziyyətdə olan kişi yolu keçərkən, təmir işlərinin aparılmasını görməyib və quyuya düşərək huşunu itirib. Səhər işlərini davam etdirən fəhlələr quyuda adamın olmasını görməyərək onu ərimiş bitumla doldurublar, sonra isə asfaltbasan maşınla təmir edilmiş sahəni hamarlayıblar. Hadisənin üstü isə yerli sakinlərin kişinin asfaltdan çıxan əlini tapmasından sonra açılıb. Latori Barmanı dəfn edəndən sonra sakinlər günahkarların cəzalanmasını tələb edərək, şosseni bağlayıblar. Sakinlər yolun təmir olunan hissəsində heç bir xəbərdarlıq işarəsinin olmamasından şikayət ediblər. Polisdən bildiriblər ki, afaltbasan maşının sürücüsü və quyunu bitumla dolduran fəhlə artıq həbs ediliblər. Təmir işlərini aparan şirkətin rəhbəriliyi Barmanın ailəsinə 50 min rupi (760 ABŞ dolları) məbləğində kompensasiya ödəyəcəyinə söz verib.