Rusiya kimyəvi silah ehtiyatının 91 faizini məhv edib





 Rusiya kimyəvi silah ehtiyatının 91 faizini məhv edib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müvafiq dövlət komissiyasının rəhbəri Mixail Babiç deyib.
"Sentyabrın 17-nə olan məlumata görə, 36 min tonadək zəhərləyici maddə məhv edilib. Bu kimyəvi silahın ümumi ehtiyatlarının 91 faizini təşkil edir”, deyə Babiç bildirib.
Məlumata görə, sentyabrın 22-də Penza yaxınlığındakı "Leonidovka” obyektində saxlanılan kimyəvi silahın məhv edilməsi prosesi başa çatıb. Yaxın zamanda Bryansk, Kirov, Kurqan vilayətlərindəki üç obyektdə də müvafiq işlərin yekunlaşdırılması gözlənilir.
Bundan əvvəl, 2015-ci ilin yanvarında kimyəvi silah ehtiyatının 85 faizinin məhv edildiyi bildirilmişdi.