Elə məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərirlər
1289 nəfər şagird pullu oxuyur
09:01 23.10.2018
Arxiv
688
Özəl orta məktəblərin təhsil haqqı hədsiz dərəcədə yüksəkdir
Elə məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərirlər
Elə məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərirlər
Azərbaycanda son 15 ildə özəl orta məktəblərdə oxuyan şagirdlərin sayı 3 dəfədən çox artıb.
2002-2003-cü tədris ilində qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 3373 şagird təhsil aldığı halda, 2017-2018-ci tədris ilində onların sayı 10.928-ə yüksəlib.
Özəl məktəblərdə şagirdlərin çoxalmasına səbəb olan amillərlə bağlı "Şərq”ə açıqlama verən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, özəl orta təhsil müəssisələrinə öz işlərini daha səmərəli qurmaqda və inamlı təsir bağışlamaqda dövlət dəstəyinin böyük təsiri ola bilər:
"Təhsil haqqında” qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verir. Ancaq ölkəmizdə indiyədək yalnız özəl orta məktəblər yaradılıb. Bələdiyyə məktəblərinin yaradılması məsələsi dəfələrlə gündəmə gətirilsə də, bugünədək reallaşmayıb.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında deyim ki, hazırda Azərbaycanda 2018-2019-cü dərs ilində fəaliyyət göstərən dövlət və özəl əyani ümumi təhsil müəssisələrinin sayı 4500-ə qədər olub. Onlardan 346-sı ibtidai, 830-u ümumi orta, 3312-si isə tam orta ümumi təhsil müəssisəsidir. Liseylerin sayı 85, gimnaziyaların sayı isə 15-dir. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar üçün 17 xüsusi və internat məktəbi fəaliyyət göstərir. Amma dövlət məktəbləri büdcədən asılı olduğu üçün o qədər də sürətlə inkişaf edə bilmirlər”.
Bu gün özəl təhsil müəssisələrinin əhatəliliyinin 1 faizdən aşağı olduğunu xatırladan ekspert hazırda özəl məktəblərdə təhsil alan şagirdlərin ümumi sayının 1289 olduğunu bildirib: "Bu, digər ölkələrlə müqayisədə çox aşağıdır. Qardaş Türkiyədə təkcə İstanbulda 7 min orta məktəbdən 3500-ü özəldir. Bu həm büdcə asılılığını azaldır, həm də təhsil müəssisələri arasında rəqabət mühiti formalaşdırır. Dünyanın inkişaf etmiş bütün ölkələrində vəziyyət oxşardır. Amma ölkəmizdə özəl orta məktəblərin təhsil haqqı hədsiz dərəcədə yüksəkdir. Bu da əlçatımlılığın qarşısını alır.
Ölkəmizdə özəl orta məktəblərin problemi təkcə təhsil haqqının yüksək olması deyil, burda digər problemlər də var. Belə ki, müxtəlif özəl məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərirlər. Səfirliklər öz əməkdaşları üçün məktəb aça, kadrları da, məktəb də həmin dövlətin dilində fəaliyyət göstərə bilər. Həmin məktəblərdə ölkəmizin tarixi, coğrafiyası, dili də öyrədilməlidir. Digər tərəfdən, Azərbaycanın təşkil etdiyi məktəblər əsasən milli kadrlardan ibarət olmalı, öyrədilən biliklər öz dövlətimizin standartına, tərbiyə aspekti isə milli-mənəvi dəyərlərimizə əsaslanmalıdır.
Təəssüf ki, bir sıra orta məktəblər var, xaricdən mütəxəssislər dəvət olunur, dərs proqramı xaricdən gətirilir, tərbiyə aspekti milli dəyərlərimizdən kənar olur. Dünya təcrübəsi ilə bağlı başqa bir məqamı da qeyd edim ki, əslində qərb ölkələrində bir çox özəl orta məktəblərdə uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur. Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir.
Ayrı-ayrı hallarda özəl məktəbin müdriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb. Ona görə də təhsilin bu sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət