Ayda 600-dən 1000 dollara qədər: İŞİD-çilərin aldığı maaş açıqlandı





İraq-Şam İslam Dövləti terror qruplaşmasının gəlirinin təxminən üçdə ikisi – ildə 600 milyon dollar – cihadçıların əmək haqqına sərf olunur.
Modern.az bildirir ki, bu haqda "The Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, terrorçuların sırasına qatılan əcnəbilər ayda 600-dən 1000 dollara qədər maşş alırlar. İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içən yerli sakinlərin əmək haqqı isə 200-dən 300 dollara qədərdir.

Belə sədaqət andı içməyənlərin aylıq gəliri isə 50-150 dollar arasında dəyişir. Üstəlik cihadçılar arvadlarına və kənizlərinə görə əlavə olaraq 50, uşaqlara görə 35 dollar alırlar.