"Bakının işğaldan azad olunmasının 100-cü il dönümünə dair 15 sentyabrda təşkil olunan möhtəşəm parad Prezident İlham Əliyevin apardığın siyasətin bir təntənəsidir".
Bu barədə "Sherg.az"a millət vəkili Aydın Hüseynov bildirib.
Parlamentari qeyd edib ki, bu siyasət həm də Azərbaycan xalqının mənafeyi və arzularının ifadəsidir:

"Bu, rəsmi Ankara və Bakı arasındakı qardaşlığın bir nümunəsidir. Həmçinin Türkiyənin Azərbaycanın xalqının sevincini öz sevinci, ağrısını da öz ağrısı kimi qəbul etməsi də bu iki ölkə liderinin bir-birinə olan dost, qardaş münasibətindən irəli gəlir. Bu parad dostluq və qardaşlıqla yanaşı, onu da sübut etdi ki, Azərbaycan və Türkiyə hər hansı bir təzyiqlə üzləşərlərsə, eyni mövqedən çıxış edəcəklər.
Yəni bu gün Türkiyəyə basqı göstərmək istəyən ölkə olarsa, o, öz qarşısında Azərbaycanı, Azərbaycanın müstəqilliyini istəməyən hər hansı bir qüvvə varsa, o da qarşısında Azərbaycan və Türkiyəni görəcək. Biz paradda bunların şahidi olduq.
Bundan başqa R. T.Ərdoğnaın bəyan etdi ki, Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına qayıtmayınca, erməni işğalçıları Azərbaycan torpaqlarından çıxmayınca, bu separatçı ölkə ilə heç bir diplomatik , iqtisadi, siyasi əlaqə qurula bilməz. Türkiyə ilə Ermənistan arasındakı qapılar açıla bilməz.
Bu isə çox böyük bir siyasi bəyanatdır. Azərbaycan və Türkiyənin dostluq və qardaşlığı 100 illərlə davam edəcək. Mədəni, iqtisadi, siyasi, hərbi və s. əlaqələrimiz daha da genişlənəcək. Sentyabrın 15-də bir millət iki dövlət olduğumuzu tarixə qızıl hərflərlə yazdıq".
Ayyət Əhməd