Ermənistanda  selektiv abortların sayı xeyli artıb

Qarabağda və Ermənistanda 44 günlük müharibədən sonra selektiv abortların sayı xeyli artıb.
APA news.am-a istinadən xəbər verir ki, bunu Ermənistan respublikasının səhiyyə naziri Anahit Avanesyan martın 1-də parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, müharibədən əvvəl Ermənistan kifayət qədər yaxşı göstəricilərə malik olub.
“Ola bilər ki, məhdudiyyətləri sərtləşdirək. Amma müəyyən dərəcədə. Axı, təkcə qadağalar istənilən nəticəni verməyəcək”, - deyə nazir bildirib.