230 milyon yaşı olan dinazor izi tapıldı





Barselonada mükəmməl bir kəşfə imza atılıb. Təsadüfən aşkarlanan dinazor ayaq izinin 230 milyon ilin əvvəlinə aid olduğu açıqlanıb.

Barselonaya yaxın 40 kilometr məsafədə yerləşən Montserrata gedən bir adam, aprel ayının əvvəlində dinazor izinə rast gəlib.
İspaniya hökuməti, ayaq izinin İber yarımadasında olan ən yaxşı qorunmuş dinazor qalığı olduğunu bildirdi. Dinazor qalığı mütəxəssislər tərəfindən araşdırılır.