QNET - "Mançester Siti" tərəfdaşlığının uğurlu anları...

 
 
 "Mançester Siti" növbəti dəfə 2022-2023 mövsümü üçün İngiltərə Premyer Liqasının çempionu olaraq ardıcıl üçüncü titulunu qazanıb. Bu əlamətdar nailiyyət onların İngiltərə futbolunda dominantlığını möhkəmləndirir və QNET onların Rəsmi Birbaşa Satış Partnyoru kimi son 9 il ərzində onların yanında olmaqdan qürur duyur. Son 6 mövsümdə beş dəfə birini yeri təmin edən şəhərlilərin uğuru komandanın ardıcıl mükəmməlliyinə və ən yüksək səviyyədə çıxış etmək qabiliyyətinə sübutdur. Həm meydanda ulduz hücumçu Erlinq Haaland ilə oyunlarda üstünlük təşkil etmələri, həm də hərtərəfli inkişafa diqqət yetirilən matçlardan kənarda futbol klubu olaraq "Sky Blues" müasir, mütərəqqi, irəli düşünən bir standart təyin edir. Şübhəsiz ki, "Mançester Siti"nin qətiyyət, möhkəmlik və öhdəliklər sayəsində əldə etdiyi sonsuz nailiyyətləri ilə QNET-in son 25 il ərzində əldə etdiyi uğurlar arasında çoxlu paralel var. Beləliklə, təxminən on ildir davam edən QNET - "Mançester Siti" tərəfdaşlığının şərəfinə, QNET və "Mançester Siti" Futbol Klubunun birgə əməkdaşlığında bəzi əsas məqamlara nəzər salaq: Çətin iş, öhdəlik, komanda işi və diqqət: #QNETCITY hekayəsi... Biz son yeddi il ərzində həyatımızı dəyişən QNET - "Mançester Siti" əməkdaşlığımızın tarixinə nəzər salırıq. QNET və MCFC əla komanda yaradır, bunu qeyd etdiyimiz tarix boyu görəcəksiniz. Bu hekayələr "Mançester Siti" - QNET tərəfdaşlığının nə qədər heyrətamiz olduğunu göstərir. 2014 | "Mançester Siti" Futbol Klubunun Rəsmi Birbaşa Satış Partnyoru QNET - "Mançester Siti" tərəfdaşlığı rəsmi olaraq 2014-cü ildə yaranıb, qürur və sevinc mənbəyi olub. Həqiqətən də, bu, bizim ən yüksək səviyyəli idman tərəfdaşlığımıza çevrildi. İdman QNET-in fəaliyyət göstərdiyi bir çox regionlarda mühüm yer tutur. Beləliklə, "Mançester Siti" - QNET tərəfdaşlığı müştərilərdə rezonans doğurdu və birlik yaratdı. 2015 | Oyunu dəyişən olun. #QNETCITY olun! QNET - "Mançester Siti" tərəfdaşlığımız QNET Ailəsi sayəsində böyük dəstəklə başladı. Əhəmiyyətlisi odur ki, QNET müstəqil nümayəndələri (MN) və tərəfdaşları 2015-ci ildə yeni inkişaf etdirilmiş "Etihad" stadionunda oyunun gedişatını dəyişdirən "Mançester Siti"nin matçlarında iştirakçı oldular. Bu il həmçinin uğur qazanan klubun seçilmiş üzvləri stadionin perimetri boyunca QNET loqosunun nümayiş etdirilməsinə şahid oldular. 2016 | Etihad Stadionunda Yeni QNETCİTY qol saatları təqdim olundu "QNETCİTY" adlı məhdud buraxılışlı dəbdəbəli saatlar kolleksiyasını təqdim etmək üçüm sevimli futbol komandamız "Mançester Siti"nin evində olmaqdan daha yaxşı platforma nədir? QNET Direktorları "QNETCİTY" qol saatlarını oyunçulara o vaxtkı və hazırki baş məşqçi Pep Qvardiolaya hədiyyə etmək imkanı əldə etdilər. 

2016 | QNET-in uğur qazananları şəhərlilərin evinə motivasiyaverici səyahətlər edirlər Tarixi və zəngin mədəniyyətə malik olan Mançester şəhərinə uçmaqdan və "Sky Blues"u alqışlamaqdan başqa, QNET-in uğurları "Etihad"da "mavi xalça" təcrübəsinin bir hissəsi oldu. 


Onlar qarşılaşma zamanı QNET LED displeyinə baxdılar və möhtəşəm İngiltərə Premyer Liqasının matçını canlı izlədilər. "Mançester Siti"nin QNET ilə əməkdaşlığı Müstəqil Nümayəndələrimiz (MN) üçün həqiqətən də maraqlı imkanlar təqdim etdi. 2017 | İndoneziyada QNET - "Mançester Siti" Futbol Məşqçiliyi Klinikası Bu il QNET və "Mançester Siti" İndoneziyada aztəminatlı gənclər üçün dünya səviyyəli futbol məşqçiliyi klinikasını təqdim etdi. Klinika Cakarta Rusun Festivalının (JRF) gənc istedadları üçün birbaşa Mançester Şəhər Futbol Məktəblərindən göndərilmiş üç məşqçi ilə fəaliyyətə başladı. Proqramla “rusun” (icma mənzilləri) uşaqlarının texnika məşqləri və məşqlər vasitəsilə oyunun ən incə məqamlarını və "Siti" oyunçuları kimi necə oynamağı öyrəndiklərini gördük. Biz bunun uşaqlara necə müsbət təsir göstərdiyini gördük və belə unudulmaz təcrübə təqdim etməkdən qürur duyuruq. Bəli, futbol oynamaq əyləncəli görünə bilər və belədir də. 

Bununla belə, bu, daha güclü icma əlaqələri yaratmağa kömək edir. 2018 | "Mançester Siti" Qadın Futbol Klubu ilə əməkdaşlıq 2018-ci il QNET üçün əla il oldu, çünki bu il təkcə birbaşa satışda 20 illiyimizi qeyd etməyimizlə yanaşı, həm də "Mançester Siti"nın qadınlardan ibarət komandası ilə xüsusi əməkdaşlıq vasitəsilə tərəfdaşlığımızı gücləndirdik. 


Biz komandanın ilk partnyoru olduq və bununla fəxr edirik! Bu fan məzmunu LEDİ-in iştirakı ilə ekslüziv fan yarışmaları və oyunçularla sifarişli rəqəmsal aktivləşdirmə ilə yanaşı, QNET - "Mançester Siti" tərəfdaşlığına yeni və müxtəlif auditoriyaya çatmağa imkan verdi. 2018 | QNET - "Siti" Futbol Dil Məktəbinin yaranması 20 illik yubiley tədbirlərinin bir hissəsi olaraq, QNET və "Mançester Siti" dünyanın müxtəlif yerlərindən olan 20 imkansız uşağa ömürlük bir fürsət təqdim etdi - "Etihad" kampusunda yerləşən "Siti Futbol Dil Məktəbində iki həftəlik düşərgə! Uşaqlar ekspert məşqçilərin rəhbərlik etdiyi təlim sessiyalarında və "British Study Centere"nin dil müəllimlərinin kuratorluğu ilə ingilis dili dərslərində iştirak etdilər. Futbol təlimi üçün Mançesterə səfər etmək, düşərgələrdə və ingilis dili dərslərində iştirak etmək imkanı bu gənclər üçün unudulmaz təcrübə oldu. İştirakçılar həmçinin yeni bilik və bacarıqlarını öz icmalarıına ötürə və öyrəndiklərini bölüşə bilərdilər. 2019 | QNET - "Mançester Siti" tərəfdaşlığı daha 5 il uzadıldı! QNET - "Siti" Futbol Dil Məktəbi ilə tərəfdaşlığımızın möhkəm və müntəzəm hissəsinə çevrilməsi ilə biz əməkdaşlığımızı daha 5 il müddətinə uzatmaqla dərinləşdirdik. 


Tərəfdaşlığın uzadılması klubun veb-saytında dərc olundu və əlaqələrimizi qlobal auditoriyaya yayımladı. 2019 | QNET-in uğur qazananları növbəti dəfə Mançesterə baş çəkdilər "Mançester Siti" "Etihad"a səfər etmək üçün şəxsi VİP avtobus təşkil etməklə QNET-in uğur qazananları üçün xidmətlərini genişləndirdi. Xidmətlərdən biri "Mançester Siti"nin "Arsenal" komandası üzərində möhtəşəm 3-1 hesablı qələbəni izlətdirmək oldu. Futbol matçının vızıltısını yaşamaq kimi bir hiss yoxdur. VİP-lərimiz isə oyunçuların tuneldən keçidini, öyunöncəsi hazırlıqlaırnı yaxından izləməklə misilsiz bir təcrübədən həzz aldılar. Argentinalı Serxio Aqueranın het-trik etməsini izləmək və hər qol zamanı gurultulu alqış uğultusu tortun üzərindəki dondurmanı dadmağa bərabər idi. 2020 | "Mançester Siti" Karabao kubokunun qalibi oldu QNET Təsisçiləri və şef Patman Senathirajah "Mançester Siti"nin yeddinci Liqa Kubokunu qazanmasını izlədi. "Siti"nin qələbəsinin bir hissəsi olmaq şərəf idi, necə ki, klub bu illər ərzində uğurlarımız zamanı bizimlə idi. Yeri gəlmişkən qələbənin qeyd edilməsi ilə yanaşı, həm də "Cimier QNETCİTY" lüks saatlar kolleksiyası təqdim olundu.


2021 | “Mançester Siti” futbol klubu İngiltərə Premyer Liqasının qalibi oldu Bu il "Siti" üçün möhtəşəm il oldu. Klub nəinki ardıcıl dördüncü dəfə "Karabao" kubokunu qazandı, həm də Premyer Liqanın daha bir tituluna sahib çıxdı. Əlbəttə ki, bu il pandemiya ilə bağlı idmanda çox qeyri-müəyyənlik var idi, ancaq "Skay Blues" stabilliyini qorudu və sonda çempion olmağı bacardı. 


Futbolu bir kənara qoysaq, "Siti"nin ulduzları da QNET-in İnstaqram hesabında #BottleSelfieChallenge-nin bir hissəsi oldu. Onların arasında olan Fernandinyo, Qabriel Xesus, Skot Karson, Nathan Ake və Zak Steffen kimi sevimlilərimiz məhdud sayda olan QNETCİTY-nin qol saatlarının alıcıları oldu. 2022 | Meydanda Zəfər və İnnovasiyaya Diqqət İngiltərə Premyer Liqasının 2021-2022 mövsümü asan keçmədi. Əslində "Sky Blues"in mövsümün son matçında titulu əldən verəcəkləri görünürdü. 


Bununla belə, oyunun bitməsinə dəqiqələr qala, "Siti" əmsalları alt-üst etdi və qələbə ilə arzulanan titulu təmin etdi! Bundan əlavə, klub 2023-cü ildə UEFA Çempionlar Liqasının kubokunu qazanmaqla yanaşı, cari ilin avqustun 16-da UEFA Super Kubokunun sahibi oldu. Əhəmiyyətli olan budur ki, klub 2022-ci ildə meydanda təkcə qol vurmadı, həm də bir sıra inkişafa da nail oldu. "Siti"nin metaversedə azrkeşlər üçün yeni virtual mühitin qurulmasına diqqəti xüsusilə önəmli idi. 


Çempion əldə etdiyi uğurlarla kifayətlənmədi, kluba bağlı hər kəs üçün parlaq gələcəyə doğru daim çalışdıqlarını göstərdi. Möhtəşəm birləşmə QNET-in "Mançester Siti" Futbol Klubu ilə əməkdaşlığı özündə komanda işi və ailə kimi ümumi dəyərləri əks etdirir. Və bu, dünyada minlərlə insanın həyatını dəyişən saysız-hesabsız layihələrə və təşəbbüslərə gətirib çıxardı. Qarşıdakı illərdə həm QNET, həm də "Mançester Siti" birgə böyüyəcək, bir-birindən öyrənəcək və ilhamlanacaq.