Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, QDİƏT-in Azərbaycanda prezident seçkilərinin gedişatını izləyən müşahidəçilər qrupunun rəhbəri İsmayıl Safi. Bu gün biz həmkarlarımızla birlikdə QDİƏT-ə daxil olan 12 ölkədən 4-nü təmsil edirik. Azərbaycan bu gün demokratik seçkilərin keçirildiyi demokratik ölkədir. – Trend.az, 09.10.13, 13:17
Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru Lidiya Louson. Bu gün saat 7:30-dan müşahidələrə başladıq və 10 seçki məntəqəsində oldu. Hər məntəqədə seçki qanunu ilə bağlı materiallar var idi. Hər şey qanunlara uyğun keçir. Biz seçki komissiyalarının üzvləri və müşahidəçilərlə danışdıq və onlar pozuntu qeydə almadıqlarını dedilər. Müşahidələrimizi məntəqələrin bağlanana qədər davam etdirəcəyik. Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq. – Apa.az, 09.10.13
Bakıda seçkiləri izləyən Ərdəhan millət vəkili Ənsar Öyüt və Amasya millət vəkili Ramiz Topal səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndirdiklərini bildiriblər. Məntəqələrdə veb-kameraların quraşdırılması barədə danışan TBMM üzvləri, Türkiyədə belə bir təcrübənin olmadığını deyiblər. Onlar indiyədək 8 məntəqədə prosesi izlədiklərini, müşahidələrini səsvermə başa çatanadək davam etdirəcəklərini açıqlayıblar. – Apa.az, 09.10.13
ASEAN təşkilatının baş katibinin sabiq müavini İmmanuel Robert İnkirvanq. 35 saylı Xətai III Seçki Dairəsində yerləşən 6 seçki məntəqəsində olub, müşahidə aparmışıq. Səhər saatlarında seçici fəallığı zəif olub, saat 11:00-dan sonra seçici fəallığı artıb. Müşahidə etdiyim seçki məntəqələrinin hər birində 300-400 seçici səs vermişdi. Məntəqələrin əksəriyyətində videokameraların quraşdırıldığını da qeyd etmək istərdim. Seçki komissiyalarının üzvləri müşahidəçilərlə mehriban münasibət qurmağa çalışırdılar. Ümumilikdə seçkilər yaxşı təşkil olunub. – Apa.az, 09.10.13
Belçikalı beynəlxalq müşahidəçi Davi Kirs. İnsanlar öz fikirlərini, öz seçimlərini sərbəst şəkildə ifadə edirlər. 6 seçki məntəqəsində müşahidə aparmışıq və səsvermə prosesində ciddi nöqsan qeydə almamışıq. – Apa.az, 09.10.13. 13.36
Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç müşahidə apardığı 36 Saylı IV Xətai Seçki Dairəsinin 36 saylı məntəqəsində olub və heç bir nöqsan qeydə almayıb. Səfir deyib ki, səsvermə öz axarında gedir: "Yaxşı şərait yaradılıb, heç bir qanun pozuntusu yoxdur. Heç bir şikayət daxil olmayıb. Məntəqədə müxtəlif siyasi partiyaların nümayəndələri də müşahidə aparırlar. Aktivlik müşahidə olunur və bu, deməyə əsas verir ki, seçicilər öz düzgün seçimlərini edirlər".– Apa.az, 09.10.13. 13.36
Almaniyadan olan müşahidə missiyasının üzvü, Almaniya parlamentinin deputatı Ermin Valter Nadler. Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq. İndiyədək apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir. İndiyədək heç bir neqativ hal qeydə alınmayıb". Ermin Valterin sözlərinə görə, səsverməyə gələnlər arasında qadınların çoxluğu müşahidə olunur. – Trend.az, 09.10.13, 13:22
Rusiya MSK-nın sədri Vladimir Çurov: Azərbaycanda səsvermə prosesi normal şəraitdə keçir. Azərbaycanda prezident seçkiləri prosesi normal şəraitdə keçir.
Seçki prosesində heç bir qanun pozuntusunu müşahidə etməyiblər. Hazırda aktivlik yüksək səviyyədədir. – Day.az, 09.10.13.
Avropa Parlamentinin Çexiyadan olan deputatı Jiry Mastalka: Bu vaxta qədər beş seçki məntəqəsində müşahidə aparmışıq. Səhər müşahidələrə başladığımız üçün deyə bilərəm ki, insanlarınız savadlıdır və qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Mən olduğum yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitmədim. Məncə, seçki prosesi hələlik normal keçir”. – APA, 09.10.13
Polşa parlamentinin üzvü Tadeuş Wozniak: "Hələlik seçki ilə bağlı heç bir problemlə üzləşməmişik. Biz Azərbaycanda demokratiyanın necə inkişaf etməsini izləyirik. Bu vaxta qədər bir neçə seçki məntəqəsində olmuşuq və heç bir pozuntu müşahidə etməmişik. Ümumiyyətlə, deyə bilərəm ki, indiyədək seçki prosesi normal keçir”. – APA, 09.10.13
Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPTİ) təşkilatının üzvü Muhammad Jusuf Kalla: "Məntəqədə heç bir neqativ halla qarşılaşmamışıq. Azərbaycanda seçki prosesi şəffaf və demokratik istiqamətdə keçirilir. Apardığımız müşahidələr əsasında deyə bilərəm ki, həm biz, həm də seçicilər hüquq pozuntuları ilə rastlaşmayıb. Məntəqələrdə xüsusilə yerli və xarici müşahidəçilərin öz vəzifələrini icra etmələri üçün lazımı şərait yaradılıb. Seçki məntəqələrində quraşdırılan kameralar şəffaflığın təminatıdır. Getdikcə seçici aktivliyi müşahidə olunur. Seçkilərdə iştirak etməkdə və ölkə prezidentini seçməkdə vətəndaşlar biz gözlədiyimizdən də çox maraqlıdırlar”. – Milli.az. 09.10.13
Avropa Şurasının üzvü Tumbarello Roberto: Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinin demokratik və şəffaf keçirilməsi üçün lazımi bütün şərait yaradılıb. Komissiya tərəfindən hər bir kiçik detal belə düşünülüb. Azərbaycanda seçkilərin şəffaflığı bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstündür. Ölkənizdə seçki ab-havası var və bu seçicilərin aktivliyinin, seçkiyə olan maraqlarının göstəricisidir”. – Milli.az. 09.10.13
İndoneziyadan olan beynəlxalq müşahidəçi İmmanuel Robert İnkirivang: "Səhər az adam gəlmişdi. Amma günortaya doğru seçicilərin sayı artmağa başladı. Hardasa 300-400 seçici gəldi. 1400 nəfərin seçici siyahısında olmasını nəzərə alsaq, bu rəqəm kifayət qədər qənaətbəxşdir. Texniki cəhətdən hər şey qaydasında idi. Ümumilikdə deyə bilərəm ki, proseslər yaxşı gedir. İşçilər çox mehriban idilər".– Milli.az. 09.10.13
Almaniya parlamentinin deputatı Ermin Valter Nadler: "Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq. İndiyədək apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir. İndiyədək heç bir neqativ hal qeydə alınmayıb". – Milli.az. Trend, 09.10.13
Quba rayonudna seçki prosesini izləyən Rusiyanın "Exo planetı" jurnalının baş redaktoru Elmar Hüseynov bildirib: "Səsvermə prosesinin normal gedişatı üçün bütün zəruri şərait yaradılıb, daha ətraflı seçki siyahısı hazırlanıb ki, bu da səsvermə zamanı növbələrin yaranmamasına imkan verir. – Trend, 09.10.2013.
ATƏT-in müşahidə missiyasının üzvü, ukraynalı Dmitri Serov. Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə davam edir. İnsanlar seçkidə fəallıq göstərirlər.
Onlar artıq hansı namizədə səs verəcəklərini bilirlər. İnsanların səs verməsi üçün gözəl şərait yaradılıb və hər şey öz qaydasında keçirilir. – Apa.az, 09.10.13.
Rusiyanın məşhur "Exo planetı" ("Эхо планеты") jurnalının baş redaktoru Elmar Hüseynov. Quba rayonunda bir sıra seçki məntəqələrində olduqdan sonra söyləmək olar ki, seçki məntəqələrinə ən tez baş çəkənlər yaşlı nəslin nümayəndələri olub, günün yarısına yaxın isə gənclərin axını müşahidə edilir. E. Hüseynov qeyd edib ki, səsvermə prosesinin normal gedişatı üçün bütün zəruri şərait yaradılıb, daha ətraflı seçki siyahısı hazırlanıb ki, bu da səsvermə zamanı növbələrin yaranmamasına imkan verir. – Trend.az, 09.10.13, 14:03
Avropa Akademiyasının Bosniyadan olan müşahidəçisi Nermina Kapetanovic və Makedoniyadan olan müşahidəçisi Hristina Runcheva keçirilən prezident seçkilərində seçici aktivliyinin qanedici olduğunu qeyd ediblər. Olduğumuz seçki məntəqələrinin əksəriyyətindən çox yaxşı və müsbət rəylərlə ayrılmışıq. Heç bir şikayət yoxdur. İndiyə kimi 11 seçki məntəqəsində olmuşuq. – Trend.az, 09.10.13
ABŞ-dan olan beynəlxalq müşahidəçi, iqtisadiyyat üzrə professor David Podoff. Bir təhsil işçisi kimi deyə bilərəm ki, mən məsələlərə fərqli prizmadan da baxıram. Seçki məntəqələrinin binalarından, onların məktəblərdə qurulmasından çox təsirlənmişəm. Bu onu sübut edir ki, ölkənin gələcəyi onun təhsilli gənclərindən asılıdır. Bu seçki prosesini 5 ballıq şkala ilə 4.5 balla dəyərləndirirəm. – Trend.az, 09.10.13
ABŞ-dan olan beynəlxalq müşahidəçi, hüquqşünas Timothy Michael McGivern. Seçkilər çox maraqlı, ədalətli keçir. 6-7 seçki məntəqəsində olmuşuq, proseslər normal gedir. İnsanlar çox həvəsli görünürlər. Biz 92 yaşlı bir qoca gördük, o bildirdi ki, 5 il əvvəl də bu məntəqədə səs verib və ümid edir ki, 5 il sonra da seçkilərdə iştirak edəcək. Hər şey əladır. Seçki prosesinin gedişini 5 ballıq şkala ilə 5 balla dəyərləndirirəm. – Apa.az, 09.10.13.
Türkiyənin Mərmərə qrupunun Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver. Prezident seçkilərini yalnız Azərbaycanın seçimi olaraq qiymətləndirmirik, bu, eyni zamanda Türkiyənin, Qafqazın və ümumilikdə türk dünyasının seçimidir. Burada olacaq seçim bütün türk dünyasına yayılacaq. Bu vaxta kimi apardığımız müşahidələr hər şeyin yüksək səviyyədə keçirilməsini sübut edib. – Apa.az, 09.10.13.
Pozuntular
30 saylı Suraxanı 11 saylı seçki məntəqəsində "Milli Şura"nın namizədi Cəmil Həsənlinin müşahidəçisi İlqar Babazadə seçki prosesinin gedişini pozmaq üçün aldığı təlimata uyğun müəyyən cəhdlər göstərib. Hətta Qarabağ müharibəsi əlilinə kömək etmək istəyən məntəqə seçki komissiyasının üzvlərinə hədə-qorxu gəlib, onları insani addımlar atmaqdan çəkindirməyə çalışıb. Amma məntəqənin sədri Nizaməddin Ağcayev pozuculuq törətməyi bir vəzifə olaraq üzərinə götürən "Milli Şura"nın müşahidəçisini təxribat hərəkətlərinin davam etdirməsinin qarşısını alıb. – SİA, 09.10.13
Oktyabrın 9-da prezident seçkilərində səsvermə zamanı 34 saylı Xətai 2-ci dairə seçki komisiyasının 7 saylı seçki məntəqəsində Milli Şuranın müşahidəçisi Südabə Səlimova Məntəqə Seçki Komissiyasının binasında yerləşən masadan 4 ədəd seçki bülletenini götürüb və qaytarmayıb. – Trend.az, 09.10.13