"Dağlıq Qarabağ probleminin dinc yolla həlli mümkündür" - Politoloq



"Rusiyalı ekspertin Dağlıq Qarabağ problemi və ümumiyyətlə, Cənubi Qafqazın məsələləri barədə təsəvvürləri kamil deyil”.

Bunu Sherg.az-a Rusiyalı politoloq Nikolay Silayevin "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni plan təklif etmək mümkün deyil” açıqlamasına münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib:

"N. Silayev hazırkı vəziyyəti və regionda mövcud olan problemləri daha diqqətli formada öyrənib. Dağlıq Qarabağın tarixini, indiki vəziyyətini, gələcəyini tədqiq edərsə, düşünürəm ki, problemin dinc həllinin mümkün olduğunu anlayar. Ona aydın olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh potensialının 90 faizindən istifadə olunur”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yanında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Nikolay Silayev Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə ABŞ arasında hər zaman konsensus mövcud olduğunu deyib. Ekspertin sözlərinə görə, ABŞ-ın yeni prezident administrasiyasının da bu münaqişənin həllinə nə qədər diqqət yönəldəcəyi sual altındadır.
  
Ayyət Əhməd