Nazarbayev Qarabağla bağlı yeni təşəbbüs hazırlayır

Xəbəri Qazaxıstan parlamentinin deputatı Axan Bijanov verib



Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qarabağ probleminin həlli üçün yeni təşəbbüslər hazırlayır. Bunu "Haqqin.az” saytına açıqlamasında Qazaxıstan parlamentinin deputatı Axan Bijanov söyləyib.
"Qazaxıstan Qarabağ məsələsinin həllində vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu cür problemin mövcudluğu Astananı narahat edir. Azərbaycan bizim üçün qardaş ölkədir, Ermənistanla isə biz inteqrasiya layihələrində tərəfdaşıq. Ona görə də Qazaxıstan çalışacaq ki, Qarabağ probleminin həllinə yardım etsin”, – deputat bildirib.