Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək




Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır. "Report” xəbər verir ki, bu barədə fevralın 1-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşündə bildirilib. Qeyd olunub ki, hərbi təlimlərin keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.