Tahir Kərimli: “Sabah Azərbaycanı Suriya və İraqın halına sala bilərlər”
Müxalifətin fəallığı xaricdən aldıqları pula bağlıdır
Araz Əlizadə: “İsa Qəmbərin səsləndirdiyi fikirlər qeyri-real məsələlərdir, onlar növbəti dəfə ətrafındakıları aldatmaqla məşğuldurlar”
Tahir Kərimli: “Sabah Azərbaycanı Suriya və İraqın halına sala bilərlər”
Tahir Kərimli: “Sabah Azərbaycanı Suriya və İraqın halına sala bilərlər”
Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən uğurlu daxili və xarici siyasəti Ermənistan və erməni diasporu başda olmaqla, anti-Azərbaycan qüvvələri və onların sifarişlərini yerinə yetirən "5-ci kolon” fəallarını ciddi narahat edir.
"Hakimiyyətə gəlmək” xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək özlərini gündəmə gətirməyə çalışırlar. Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. AXCP-nin başında duran Əli Kərimli, Müsavat sədri Arif Hacılı və İsa Qəmbər kimi arxaik təfəkkürlü siyasi qüvvələr müasir dövrün reallıqları və tələbləri ilə barışmaq istəmirlər. Onlar dəfələrlə məruz qaldıqları uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmalarını qəbul edə bilmirlər. Hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. Nə elmdə, nə də siyasətdə özünü doğrultmağı bacarmayan İsa Qəmbərin hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran ironiya ilə gündəmə gəlmək, mətbuata çıxmaq cəhdləri artıq hətta onun yaxınları və azsaylı tərəfdaşlarının məyusluğuna da səbəb olur. Bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən alayarımçıq laborant İsa Qəmbər bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür.
Hamı çox gözəl bilir ki, İsa Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir. Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər bu gün hansı üzlə cəmiyyət qarşısına çıxır? Müxalifətdə olduqları dövrdə İsa Qəmbər, Əli Kərimli və başqa bu kimi ünsürlərin bütün fəaliyyəti erməni lobbisindən, xarici fondlardan gələn sifarişləri icra etməyə yönəldilib. Onların bütün fəaliyyəti ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa istiqamətlənib. Bu illər ərzində Müsavat ciddi ideologiya formalaşdıra bilməyib. Onlar gah Türkiyədə MHP-yə yaxın çevrələrə xoş gəlmək üçün türkçülük, gah Əbülfəz Elçibəyin irsinə iddia etmək üçün "milli demokratiya”, gah islamçı elektoratın səsini almaq üçün hacılıq, gah da Avropadan qrant almaq üçün "liberalizm” pərdəsinə bürünüblər. Dağıdıcı müxalifət başçıları öz mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə, məhz ümummilli lider Heydər Əliyevə borcludurlar. Ulu Öndər hakimiyyətə gəldikdən sonra həm də onları ölümdən xilas etdi. Təəssüf ki, həmin qüvvələr bundan da düzgün nəticə çıxarmaq iqtidarında deyillər. İsa Qəmbər, Əli Kərimli və digər bu kimi ünsürlər artıq cəmiyyət tərəfindən qəbul olunmur və Azərbaycanın siyasi həyatından tamamən siliniblər.
Onların dağıdıcı fəaliyyətlərini bərpa etmək cəhdləri isə hüquq-mühafizə orqanlarının səlahiyyət çərçivəsinə daxil olan məsələdir. Son vaxtlar dağıdıcı müxalif qüvvələrin fəallığı, müxtəlif təşəbbüslər və ideyalarla çıxış etmələri birbaşa dövlətə və milli maraqlara qarşı yönəlmiş təşəbbüslərdir. Söz yox ki, bu kimi pozucu fəaliyyətin arxasında xarici anti-Azərbaycan qüvvələrin təsiredici təhriki dayanır. Digər tərəfdən, onlar yenidən siyasi arenaya qayıdıb dağıdıcı fəaliyyətlərini bərpa etmək cəhdləri göstərəcəklərsə, onda hüquq-mühafizə orqanları əlbəttə ki, səlahiyyət çərçivəsinə daxil olan qanuna müvafiq tədbirlərini görəcəklər. Buna tam şəkildə əmin olsunlar!
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə bildirib ki, İsa Qəmbəri xaricdən aldığı pul danışdırır:
"Anti-Azərbaycan qüvvələrin son vaxtlarda özlərini aktiv şəkildə göstərməyə cəhd etmələri onların xarici havadarları qarşısında götürdükləri öhdəliklərlə bağlıdır. İsa Qəmbər, Əli Kərimli xarici dairələrdən pul aldıqlarına görə, yenidən Azərbaycan dövlətinə qarşı "qara piar” kampaniyasına start veriblər. Bir sözlə, İsa Qəmbəri xaricdən aldığı pul danışdırır”. İ.Qəmbərin ötən gün Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə çıxışına münasibət bildirən A.Əlizadə bildirib ki, İsa Qəmbərin səsləndirdiyi fikirlər qeyri-real məsələlərdir, onlar növbəti dəfə ətrafındakıları aldatmaqla məşğuldurlar: "İsa Qəmbərin çıxışı zamanı 2017-ci ilin "Müsavat ili” olacağı ilə bağlı səsləndirdiyi fikirlər isə sadəcə, gülüş doğurur. Necə deyərlər, "ac toyuq yuxusunda darı görər”. Amma 2017-ci il "Xoruz” ili olduğuna görə, bu il Əli Kərimliyə daha çox uyğundur”.
Məsələyə münasibət bildirən "Vəhdət” partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib ki, müxalifət partiyalarında aktivləşməni gözləmirəm:
"Çünki müxalif fikrin güclü təşkilatlanması, hakimiyyətə gəlmək imkanları yoxdur. Bu möcüzə baş versə belə, dövləti idarə etmək üçün komandaları yoxdur. Məsələn, mənim partiyamda hamı istəyir ki, prezident olum. Ancaq bilirəm ki, mən dövləti idarə edə bilmərəm. Yalnız əqidə ilə dövlət idarə olunmur. Sabah Azərbaycanı Suriya və İraqın halına sala bilərlər. Hakimiyyətə gücü çatmayan müxalifət, zaman keçdikcə, daxildə biri-birini parçalamağa başladı. Millətin dərdi qaldı qıraqda, ana müxalifət iddiasına düşdülər. Müsavat özünü itirdi. Bu gün onların az-çox özlərini qoruyub-saxlamalarının səbəbi keçmiş ideologiyaları ilə bağlıdır. Partiyaların adlarını yadlarından çıxarıblar. Qəbul eləməlisən ki, hakimiyyətə gücün çatmır”.
İsmayıl