Bakıda qəzalı vəziyyətə düşən körpü bağlandı




Bakının Nəsimi rayonu ərazisində, 28 May küçəsində dəmir yolu körpüsünün qəzalı vəziyyətə düşməsi ilə bağlı bağlanan yol bu gün açılacaq. Bu barədə Lent.az-a Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nadir Əzməmmədov bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl betonqarışdıran yük maşını körpünün aşırımına toxunaraq onu qəzalı vəziyyətə salıb. Bu səbəbdən körpüdə qəzalı vəziyyətə düşmüş hissənin sökülməsinə qərar verilib. Ərazidə nəqliyyatın hərəkəti üçün bağlanan yollar bu gün yaxın saatlarda açılacaq.
*****
11:53
Bakıda körpü uçub.
Lent.az xəbər verir ki, Nəsimi rayonu, 28 May küçəsində yerləşən dəmir yolu körpüsü qəzalı vəziyyətə düşüb. Təxminən 1 həftə əvvəl ağır tonnajlı yük maşınının körpüyə çırpılması nəticəsində yol ötürücüsü qəzalı vəziyyətə düşüb.
Azərbaycan Dəmir Yolları QSC-dən Lent.az-a bildirilib ki, təmir işləri ilə bağlı, ərazidə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Bu gün isə körpüdə uçqun baş verib. Hazırda ərazidə təmir işləri aparılır.