Avtomobil yarışına gedən qız yoxa çıxıb

12 yaşlı Lalənin tapılması istiqamətində iş aparılır

Bakıda avtomobil yarışına baxmağa gedən 12 yaşlı qız itkin düşüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə barədə İsmayılov küçəsi, 57 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Müşfiq Məmmədov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

M. Məmmədov ərizəsində bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Lalə noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb, bir daha geri qayıtmayıb. Hazırda 12 yaşlı Lalənin tapılması istiqamətində iş aparılır.