"Azərbaycan Avropa İttifaqı (Aİ) və digər beynəlxalq müstəvilərdə müzakirə zamanı dəfələrlə bildirib ki, masa arxasında oturduqda, gündəlikdə sırf iqtisadi əməkdaşlıq məsələləri olmalıdır”.
Bunu Sherg.az-a "Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar başlaya bilər" iddiasını şərh edərkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, proseslərin üzərinə siyasi məsələlər oturdulursa, həmin danışıqların mahiyyəti itir:
"Çünki Azərbaycan müstəqil dövlətdir, özünün konstitusiyası, parlamenti qanunvericiliyi var. Azərbaycanın xarici dövlətlərlə gələcək əməkdaşlıqları və s. tənzimlənir. Buna görə də diqqət dəqiq şəkildə ikitərəfli mənfəət əldə etməyə yönəlirsə, tərəflər əsas mövzudan yayınmamalıdır. Lakin son illər Avropa İttifaqı həqiqətən müxtəlif vasitə və mexanizmlərlə çalışır ki, Azərbaycanı öz siyasi məkanına yaxınlaşdırsın. Beləliklə, ölkəmizin digər dövlətlərdən uzaqlaşmasına nail olsun. Ona görə də münasibətlərdəki gərginlik artıb. Tərəflər sanki ayrı-ayrı məsələlər ətrafında öz fikirlərini müdafiə edirdilər.
İlham Əliyev dəfələrlə Avropa İttifaqı rəsmiləri ilə görüşlərində bir qayda olaraq öz niyyətini ifadə edib. Bu bərabərhüquqlu münasibətləri qurmaq, həmin münasibətlərdən ortaq mənfəət götürməkdən ibarətdir. Məhz həmin münasibəti qarşı tərəfdən gözləyirik. Son səfərdə ölkə başçısının Avropa İttifaqı rəsmiləri ilə bir çox faydalı müzakirələri oldu. Bəzi institutlar yenə çalışırlar ki proseslərə siyasi mövzu qatsınlar. Hətta bəzi danışıqlar bu kimi səbəblərdən baş tutmadı. Qondarma hüquq müdafiəçiləri tərəfindən Azərbaycanın maraqlarına zidd fikirlər səsləndirildi. Prinsip etibarilə Azərbaycan bu məsələlərin hamısına diqqət yetirdi və öz qənaətlərinə gəldi. Son qərar ondan ibarətdir ki, tərəflər yenidən, təmiz şəkildə yenidən öz münasibətlərini qurulmalıdır, Avropa İttifaqı Azərbaycana yuxarıdan aşağı baxmasın.
Əgər viza məsələsi qabardılırsa, bu, Azərbaycanın niyyətlərinə uyğundur, amma məqsəd deyil. Bizim məqsədimiz vizanın ləğvini gediş-gəlişin rahat təmin olunmasına, azərbaycanlı iş adamlarının və vətəndaşların rahatlığını təmin etməyə yönəlib. Bu, bizim üçün heç də şirnikləşdirici məqam deyil. Vizaların sadələşməsinin Azərbaycan üçün böyük hədiyyə olacağını düşünmək düzgün deyil. Sadəcə məqsəddir, vasitədir. Bunların hamısı münasibətlərin səmərəli olmasına qulluq edir”.
Qeyd edək ki, vizanın ləğv olunması ilə bağlı gələn həftə Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır.
Aysel Aslan