3 cəsəd tapıldı

12 yaşlı uşaq isə hələ böyük qardaşının sudan çıxarılmasını gözləyir
Samsunun Bafra qəsəbəsindəki Gıcı gölündə itən 3 adamın cəsədi tapıldı. İtkin 1 adamın axtarışları isə davam edir.
Gıcı gölündə balıqçı gəmisinin batması nəticəsində itən Yunus Əmrə Erol (20), Yunus Kök (38) və Məmməd Əli Kökün (35) cəsədləri tapılarkən, 15 yaşlı Bilgin Hamlının cəsədinin axtarışları isə sabaha qaldı. Dəniz Polisi, Sahil Təhlükəsizlik Bölgə Komandirliyi qrupları və Ankaradan xüsusi olaraq gələn Jandarma Axtarış-Arama Qurtarma (JAK) qruplarının ortaq şəkildə çalışdığı iş sonrasında sudan çıxarılan 3 adamın cəsədi yarılmaq üçün Bafra dövlət xəstəxanasının meyitxanasına aparıldı. Cəsədlərinə qovuşan kəslərin yaxınları gözyaşlarına boğuldu. Böyük qardaşı Bilgin Hamlının sudan çıxarılmasını gözləyən 12 yaşlı Ergin Hamlı, "Böyük qardaşım gedərkən ‘Sizə yem gətirəcəyəm, balıq gətirəcəyəm’ demişdi. Böyük qardaşımı mənə geri gətirin” dedi. Samsunda yaşanan faciədə gəmi batmış, 7 adam itmişdi.