3 nəfəri yaralayan maskalılar həbs edildi





Salyan rayonunda quldurluq və oğurluq əməllərində şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki ötən il noyabrın 13-də Salyan rayonunun Qalalı kəndində yaşayan Sevda Soltanovanın evinə oğurluq məqsədi ilə girmiş 3 maskalı şəxs S.Soltanova ilə rastlaşdığından ona və səs-küyə oyanmış evdə olan Elnarə Əhədovaya və Zabil Ağayevə dəmir parçası ilə xəsarət yetirib hadisə yerini tərk ediblər. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Camal Namazov, əvvəllər məhkum olunmuşlar Fərid Rəsulov və Zaur Hüseynov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 19-da A.Feyzullayevə məxsus mağazadan oğurluğa cəhd göstərmələri, Ş.Əkbərova məxsus kafedən maqnitofon oğurlamaları da müəyyən edilib.