Ermənistan Təhlükəsizlik Şurasının katibi istefaya göndərildi




Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının Baş katibi Yuri Xaçaturovu vəzifəsindən azad edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə sərəcam prezidentin saytında yerləşdirilib.

Xatırladaq ki, Yuri Xaçaturov mayın 2-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsinin icrasına başlayacaq.